Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsan maşını




Kamil (həm də canlı) bir maşını xatırladan insan əslində, dünyanın ən böyük möcüzəsidir. Necə? Necəsini rəqəmlərdə görməyə çalışaq...
Beyin:
Beynimizdə təqribən 100 milyard hüceyrə var. 35 yaşından başlayaraq, hüceyrələrin sayı azalmağa başlayır. Bu hesabla beyində ildə 2,5 milyon hüceyrə azalır.
Göz: Gözləri qoruyan göz yaşıdır. Bir göz dəqiqədə 20 dəfə qırpılır. Bu isə göz əzələlərinin bir ildə 10 milyon dəfə qırpılması deməkdir.
Qulaq: Qulaq yalnız 20-20000 sürət arası tezlikdəki səsləri qəbul edir. Bu sürət arasındakı məsafə insan üçün seçilmiş ən ideal məsafədir.
Dil: Dildə 3 cür dad məməciyi olur (novşəkilli, göbələyəbənzər, taktil). İnsan qidanın dadını 15-35°C-də daha yaxşı hiss edir.
Diş: Bir insanın ağzında 32 dış olur (8 kəsici, 4 köpək, 8 kiçik azı və 12 iri azı dışləri). 6 aylıq uşaqda süd dişlərı çıxır. İri azı dişlərindən 4-ü ağıl dişləri adlanır. Bütün ömür boyu insanın ağzında 52 diş çıxır.
Ürək: Ürək dəqiqədə 70-200 dəfə döyünür. Bir gündə təxminən 10 min dəfə döyünən ürək ildə təxminən 42 milyon dəfə döyünür. Ürəyin kütləsi 250-300 qr-dır.
Qan: Orta çəkili insanın orqanizmində 5 litr qan olur. Qanın böyük qan dövranı ilə bir dəfə dövr etməsi 20-23 saniyə çəkir. Ümumilikdə isə insanda 4 qrup qan olur (O, A, B, AB).
Ağ ciyər: Ağciyərin hər birində 300-350 milyon agciyər qovuqcuğu var (cəmi 600-700 milyon). Ağciyər qovuqcuqlannın ümumi sahəsi isə 100 m2-dir.
Qara ciyər: Qara ciyər yağların həzm olunması üçün ildə 365 litr öd ifraz edir. Bu ödü boya təsəvvür etsək, onunla 30 evi boyamaq olar.
Nəfəs: Dəqiqədə 16 dəfə nəfəs alır, 8 litr hava qəbul edirik. Bu isə bir ildə iki hava şarı qədər havaya bərabərdir.
Mədə: Mədənin tutumu 3 litrdir. Bəzi hallarda yeməkdən asılı olaraq 5 litrdən də çox olur. Mədə bir ildə orta hesabla 370 min kalori alır. Mədə şirəsi 38-39°C-də daha yaxşı təsir göstərir.
Böyrək: Bir böyrəyin kütləsi 150 q-dır. Böyrəklərin əsas vəzifəsi mayeləri filtrizasiya etməkdir. Bir ildə təqribən 700 litr sidik ifraz edirik. Bir dəqiqədə bədəndəki qanın 1/5 hissəsi (20%-i) böyrəklərdən keçir.
Saçlar: Adi halda saçlarımızın sayı 100 minə yaxındır. Hər bir saç ayda 1, ildə isə 12 sm-ə qədər uzanır. İnsanın gündə 100-ə qədər tükü tökülür və bir o qədər də çıxır. Başın tükü ildə 15 sm uzanır.
Dəri: Dəri örtüyünün ümumi sahəsi orta hesabla 2 m3-dir. Bir ildə üç dəri təbəqəsi itiririk və hər təbəqənin bərpa olunması 120 gün davam edir.
Əzələlər: İnsan orqanizmində 3 cür əzələ olur (skelet və ya ürək əzələsi kimi). Əzələlərin formalaşması 18 yaşına qədər davam edir.
Sümüklər: Skeletin formalaşması 22-25 yaşlannda başa çatır. 35 yaşına qədər olan adamlarda skeletin 10 faizi yenidən bərpa olunur. Böyük adamın skeleti təqribən 220 sümükdən ibarətdir.
Dırnaqlar: Dırnaqlar həftədə 0,5 mm uzanır (ayda 2,2 mm, ildə 26 mm). Əl dırnaqları ayaq dırnaqlarından 2 dəfə tez uzanır. Başqa sözlə, ayaq dırnaqlarının uzanma sürəti əl dırnaqlarının uzanma sürətindən yarıbayarı azdır.

Murad Məmmədov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10