Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

LARTİ 9 direktoru işdən azad edib, 3 nəfərə şiddətli, 6 nəfərə isə töhmət verilib (siyahı)




Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir. 

ℹ️ Monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.

LARTİ-nin Mətbuat Xidməti


İşdən azad olunub:

- Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

- Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

- Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru

- Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri

- Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri

- Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru

- Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru

- Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru

- Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru


Şiddətli töhmət verilib:

- Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri

- Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru

- Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri


Töhmət verilib:

- Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru

- Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri

- Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

- Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru

- Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün 

xüsusi internat məktəbinin direktoru

- Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru


Yazılı xəbərdarlıq edilib:

- Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

- Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru

- Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru


Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10