Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.
APA -ya bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Şüvəlan qəsəbəsindəyerləşən istirahət mərkəzlərinin birindəbeş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb.Nəticədə o,ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.