Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsinin sakini Yunis Quliyev bir il – 2023-cü ilin martından bu ilin martına qədər Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə həbsdə saxlanılıb.
Yeniavaz.com Meydan TV-yə istinadla xəbər verir ki, bun abaxmayaraq məhkəmə ona qarşı irəli sürülmüş narkotik ittihamının əsassız olduğu qənaətinə gələrək, bəraət hökmü ilə onun azadlığa buraxılmasına qərar verib.
1990-cı il təvəllüdlü Yunis Quliyev özü də şərlənib həbs olunduğunu bildirir. Onun sözlərinə görə, Zabrat qəsəbəsində Milli Məclisin üzvü Fazil Mustafa ilə qonşudurlar, həbsinin kökündə dayanan səbəb də budur.
İttihamda göstərilib ki, Yunis Quliyevi 15-ci polis bölməsinin əməkdaşları 2023-cü il martın 31-də saat 16:00 radələrində Zabrat qəsəbəsində saxlayıb. Onu polis bölməsinə gətirəndən sonra üstünə baxış keçirilib və cibindən 2,75 qram narkotik tapılıb.
Yunis Quliyev isə bildirib ki, onu polis bölməsinə Fazil Mustafaya qarşı sui-qəsdə görə aparıb, son nəticədə də narkotiklə şərləyiblər. Onun sözlərinə görə, gecədən səhərə qədər döyüblər, sonra isə həyat yoldaşı ilə hədələyib, ona aidiyyəti olmayan narkotiki üzərinə götürməyə məcbur ediblər.
Yunis Quliyevin sözlərinə görə, Fazil Mustafa güllələnəndə ailəlikcə evdə olublar. Hadisədən sonra – martın 28-də axşam saatlarında onlara polislər gəlib, evlərində kamera olub-olmadığını soruşub. Lakin onlarda kamera olmayıb.
Yunis Quliyev bundan əvvəl Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) maddəsilə həbsdə olub. O, 2 il azadlıqdan məhrum edilib və 2022-ci ilin avqustunda həbsdən buraxılıb.
O bildirir ki, deputatla bağlı hadisəyə görə gələn polislər ondan keçmişdəki həbsi barədə soruşublar:
“Dedim ki, avqustun 26-da həbsdən çıxmışam, ayın 30-da işə başlamışam. Səhər işimə gedib, axşam evimə qayıdıram”.
Yunis Quliyevi martın 29-da yenidən bölməyə çağırıblar və o, anası ilə birlikdə gedib. Orada yenə də narkotikdən istifadə edib-etmədiyini soruşublar. O isə narkotikdən uzaq olduğunu deyib:
“Buraxdılar, çıxıb gəldik. Həmin gün gecə saat 11-12 olardı, 3 nəfər yenə evimizə gəldi. Aralarında əsas əməliyyatçı Ramil idi. Dedilər: “Deputatın evinin kamerasına bir qadın düşüb, sənin yoldaşından şübhələnirik”. Məni və yoldaşımı rəisin maşını ilə bölməyə apardılar, bizi ayrı-ayrı otağa saldılar. Məni döyməyə başladılar. Deyirdilər ki, “sən bilərsən bu cinayəti törədən hara qaçıb”. Bir nəfər gətirdilər ki, sənin üzünə dayanacaq, səndən narkotik aldığını deyəcək. And-aman elədim ki, mən işimə gedib-gəlirəm, xeyri olmadı. Səhərə qədər məni döydülər, yoldaşımı da bölmədə saxladılar”.
Yunis Quliyev deyir ki, polislərdən həyat yoldaşını buraxmalarını xahiş edib. Onlar isə cavabında deyib ki, əgər narkotiki üzərinə götürsə, buraxacaqlar:
“Mən də razılaşdım. Özləri qoyub, özləri də cibimdən çıxarıblar. Onun üstündə heç mənim əl izim də yoxdur. Yoldaşım bölmədə olduğu müddətdə nə sənəd verdilərsə, imzaladım, heç baxmadım ki, nədir”.
O əlavə edib ki, aprelin 1-də həbs qətimkan tədbiri seçilməsi üçün Sabunçu Rayon Məhkəməsinə aparılanda hakim üzərindəki işgəncə izlərini görüb. Daha sonra Bakı İstintaq Təcridxanasına köçürüləndə orada müayinədən keçərkən üzərindəki xəsarətlər qeydə alınıb:
“Məni Kürdəxanıya köçürəndən sonra bir müddət orada aclıq eləmişdim”.
Anası Rəna Quliyeva onun işgəncəyə məruz qalmasından müxtəlif dövlət orqanlarına şikayət edib, lakin prokurorluq cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edib.
Məhkəmədə dindirilən polislər iddia edib ki, bölməyə Yunis Quliyevdə narkotik olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat əsasında da əməliyyat keçirib, Yunis Quliyevi saxlayıb bölməyə gətiriblər. Orada da cibindən heroin tapılıb. Polislər deyib ki, Yunis Quliyevi kimlərsə öyrədib, bu üzdən yalan danışır:
“Biz Fazil Mustafa ilə bağlı iş araşdırmamışıq, martın 31-nə qədər də Yunis Quliyevdən heç bir izahat almamışıq”.
Yunis Quliyevin anası və həyat yoldaşı isə onun dediklərini təsdiqləyib.
Rəna Quliyeva deyir ki, millət vəkili Fazil Mustafaya qarşı sui-qəsddən sonra polislər bütün qonşuların evini gəziblər:
“Bizə də gəldilər, bir az ora-bura baxıb getdilər. Ertəsi gün – martın 29-da səhər sahə müvəkkili və iki əməliyyatçı yenə gəldi, dedi ki, oğlum gedib bölmədə ifadə verməlidir. Onu tək buraxmadım, birlikdə getdik. İfadəsini alandan sonra buraxdılar. Çıxıb gəldik. Həmin gün gecə yenə 3 nəfər gəldi. Biri əlindəki telefonda göstərdi ki, “bax, Fazil Mustafa vurulmamışdan 10 dəqiqə əvvəl gəlinin kameranın qabağından keçir”. Videoya baxanda gördüm ki, oradakı qadın gəlinim deyil. Sonra əməliyyatçılar gəldilər, oğlumu və gəlinimi apardılar. Gözlədim bir neçə saat, gəlib çıxmadılar, getdim bölməyə. Dedilər ki, Fazil Mustafa işinə görə 200-300 adam gətirmişik, dindirmələr gedir, narahat olmayın. Gecə saat 2-də evə gəldim. Səhər – martın 30-da getdim, dedilər ki, zirzəmidədilər. İki gün onları görə bilmədim. Martın 31-də dedim ki, “mən balalarımı görməsəm, burada özümü öldürəcəm”. Bölmənin içində qəfildən açıq otaqların birində oğlumu gördüm. Başının yan hissəsindən qan gəlirdi, üst-başı nə gündə. Onu o qədər döyüblər, paltarları cırılıb, başqasının şalvarını geyindirmişdilər…”.
Rəna Quliyeva əlavə edib ki, gəlinini də dəhlizdə görüb. Ağlaya-ağlaya polislərin onu təhqir etdiklərini deyib:
“Məndən oğluma görə 5000 pul istədilər, 10 dəqiqə vaxt verdilər. Dedim ki, nəinki 5000, heç cibimdə 50 manatım yoxdur. Əməliyyatçı dedi ki, “onda oğlun getdi”. Dediklərini elədilər”.
Yunis Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq, onun haqqında bəraət hökmü çıxarılıb. Prokuror bəraət hökmü ilə razılaşmır və apelyasiya məhkəməsinə protest verib.
Prokurorun protesti əsasında bu işi Bakı Apelyasiya Məhkəməsində Anar İbrahimovun sədrliyilə, Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət hakimlər kollegiyası araşdırır. Bundan əvvəl bir dəfə ilkin baxış iclası keçirilib, anket məlumatları və s. dəqiqləşdirilib.
Növbəti məhkəmə iclası mayın 23-də keçiriləcək.