Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Masallı rayon prokurorluğundan verilən məlumata görə, mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Alışanov Seymur Balaşirin oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Ağazadə Aslan Sabir oğlunun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Turan Əlisoy