Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mübahisələrin alternativ həll edildiyi mediasiya haqqında bildikləriniz və bilmədiklərimiz


 


 

Son vaxtlar tez-tez eşitdiyimiz bir söz var mediasiya. Mediasiya insanlara nə verir problemlərini yüngülləşdirir, yaxud problemlərinhəllində əlavə ənggələr yaradır? Bu sahədə bir sıra məqamlara   Masallı 1 Saylı Mediasiya Təşkilatının direktoru    Xanhüseyn Səmədov aydınlıq gətirir.

 

Xanhüseyn Səmədov kimdir?

 

Səmədov Xanhüseyn Xanlar oğlu 1961-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Ərkivan orta məktəbini bitirmiş və həmin ildə də indiki Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı fakültəsinin Yol hərəkətinin təşkili şöbəsinə daxil olmuşdur. X. Səmədov 1983-cü ildə həmin universitetini bitirmiş və həmin ildə də Daxiliİşlər Orqanlarına qəbul edilmişdir.

O35 il Daxili İşlər Orqanlarında çalışmış və yol polisinin rəisi vəzifəsinədək yüksəlmişdir. X. Səmədov 2018-ci ildə Daxili İşlər Orqanlarından təqaüdə çıxmışdır. 2021-ci ildə isə Mediasiya Şurasının üzvü seçilmiş və 2023-cü ilin avqust ayına qədər mediator işləmişdir. 2021-ci ilin avqust ayından isə Masalı 1 Saylı Mediasiya Təşkilatının təsisçisi və direktoruvəzifəsində çalışır. . Ailəlidir, iki qızı və bir oğlu vardır. 1-ci Qarabağ müharibəsi veteranıdır.

 

Xanhüseyn Səmədov;

Mediasiya Azə:baycanda yaradılmış yeni müstəqil qurumdur və artıq üçüncü ildir ki, fəaliyyət göstərir. Mediasiya mübahisələrin həll olunmduğu alternativ bir qurum sayılır və qurum əslində Tərəflərin mübahisələrini mediasiya vasitəsilə həll etmələri, məhkəmələrlə müqayisədə insan üçün dahaəlverişli və daha faydalıdır. Mediasiya zamanı tərəflər mediatorun vasitəçiliyi ilə onları razı salan və onlar üçün əlverişli olan rasional qərarlar qəbul edilir.
 

      Möhtərəm Prezidentimiz İlham Əliyevin 29 mart 2019-cu il tarixli Fərmanı ilə qəbul edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda mediasiyanın məqsəd və prinsipləri öz əksinİ tapıb

      Bəs mediasiyanın məqsədi nədir? 

Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

       Mediasiya 5 prinsip əsasında həyata keçirilir:

        

      1.Könüllülük.

       2.Tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı.

      3.Mediatorların qərəzsizliyi və müstəqilliyi.

      4.Mediasiya prosesinə müdaxilənin yolverilməzliyi

      5.Konfidensiallıq.

        

       İndi isə bu prinsipləri bir-bir izah edək:

         

       1.Könüllülük- 

 

Mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir.

       Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, mediasiyanın istənilən mərhələsindəmediasiyadan imtina etmək hüquqlarına malikdirlər.

     

2.Tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı-

 

Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar.

       Tərəflər mediasiyanın məqsədləri naminə əməkdaşlıq etməli və qarşılıqlı şəkildə fəaliyyət göstərməlidirlər.

       Mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır.

        

3. Mediatorların qərəzsizliyi və müstəqilliyi- 

 

Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetməorqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.

 

4.Mediasiya prosesinə müdaxilənin yolverilməzliyi

 

Mediasiya zamanı dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin mediatorun fəalyyətinə hər hansı müdaxiləsinə yol verilmir

        

5.Konfidensiallıq- 

 

Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.

      

rəflər arasındhər hansı ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) məxfiliyi konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.

 

      Mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.

      

Mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi, habelə cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hallarına şamil olunmur.

       Mediatorun və mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra da mediasiya zamanı əldə olunmuş məlumatların konfudensiallığının qorunması təmin olunmalıdır.

        Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəf ondan konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

       

Belə ki, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən konfidensiallıqla bağlı qaydaların pozulması hallarına görə 

fiziki şəxslər səkkiz yüz manat, 

vəzifəli şəxslər min beş yüz manat, 

hüquqi şəxslər isə üç min manat ,

Eləcə  mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə 

fiziki şəxslər iki yüz manat, 

vəzifəli şəxslər dörd yüz manat,

hüquqi şəxslər isə səkkiz yüz manat məbləğində cərimə edilirlər.

 

       Ümumiyyətlə, konfudensiallığın qorunmaması gələcəkdə tərəflər arasında xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

       Odur ki, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər konfidensiallığı mütləq qorumalıdırlar.

       Bu hallar isə insanlara və cəmiyyətə çox böyük ziyan vurur. Mediasiya mübahisələri qarşılıqlı razılıq əsasında həll etdiyi üçün, sonda mübahisələr sülhlə, barışla nəticələnir və mübahisə edən tərəflər sonradan bir-biri ilə əməkdaşlıq edirlər. Bu həm də gələcəkdəcinayət hallarının baş vermə ehtimallarının qarşısını alır. Və biz mediasiyanın insanlara və cəmiyətə necə gərəkli olduğununun şahidi oluruq. 

       Mediasiya yarandığı gündən çox sayda mübahisələr mediasiya yolu ilə həll edilmiş və tərəflər arasında barışıq sazişləri bağlanmışdır. Nə qədər insanlar, ailələr barışaraq, aralarındakı münasibətləri bərpa etmişlər.

Yarandığı gündən inkişafda olan mediasiya getdikçə inkişaf edir, təkmilləşir və bundan sonra daha böyük uğurlar qazanacaqdır

Əgər gələcəkdə aranızda hər hansı mübahisə yaranarsa, Sizin hamınızı mübahisənizi mediasiya yolu ilə həll etməyə səsləyirəm

       Ünvanımız: Masallı şəhəri, H.Əliyev prospekti 35, “Prospekt” Biznes Mərkəzi,

                          3-cü mərtəbə, otaq 309.

Telefonlar:

010 228 O4 02

010 228 04 03

masallimediasiya1@gmail.com

     

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10