Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ-dan “gələcək dünya” ilə bağlı ŞOK İDDİA: 6 vacib ölkə olacaq - Türkiyə də...




Gələcəkdə dünya düzəninə ciddi təsir edəcək ölkələr açıqlanıb. 

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Crux” nəşri yazıb.

Nəşr qeyd edir ki, gələcəyin dünyasında vacib əhəmiyyətə malik olan altı ölkə var. Bunlar: Braziliya, Hindistan, İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və Cənubi Afrikadır.

“Onların hamısı “Böyük 20-lik” üzvləridir və öz əhəmiyyətini və təsir dairəsini genişləndirməyə çalışırlar. Ən önəmlisi isə odur ki, bu ölkələrin heç biri aydın geosiyasi seçimlə getmir və heç bir qlobal blokun siyasi xəttini təkrarlamır. Ona görə də onların hansı tərəfə üz tutacaqlarını israr etmək böyük əhəmiyyət kəsb edəcək.

Belə ki, həmin ölkələrin heç biri Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə görə tətbiq edilən anti-Rusiya sanksiyalarını dəstəkləməyib.

Hesabata görə, altı ölkənin hamısı sübut edib ki, ABŞ, Çin və Rusiya kimi fövqəldövlətlərin rəqabətindən müəyyən güzəştlər alaraq, müəyyən situasiyalarda məharətlə istifadə edə bilirlər, lakin heç vaxt açıq öhdəliklər götürmürlər. Bütün bu altı ölkənin inkişaf etməkdə olan iqtisadiyyatı var və onlar elmi və mühəndis biliklərinə xüsusi önəm verirlər ki, bu da uzunmüddətli nəticələrə nail olmaq üçün vacibdir”, - məqalədə deyilir.

Tural






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10