Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı məktəbliləri Respublika Fənn Olimpiadalarında uğur qazandılar



439262917_374181052270076_4336513119926020551_n.jpg

Belə ki, 28 aprel-03 may 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsində uğurla çıxış edən Masallı məktəbliləri olimpiadanın nəticələrinə görü 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar.

Onlardan Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin 10-cu sinif şagirdi Mütəllimzadə Mütəllim Fuad oğlu Coğrafiya fənni üzrə I yer, Masallı şəhər İ.Zülalov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Bəşirova Mahirə Rövşən qızı Tarix fənni üzrə II yer, Sığdaş kənd tam orta məktəbin 9-cu sinif şagirdi Musayev Musa Teymur oğlu Tarix fənni üzrə ll yer, Mahmudavar kənd tam orta məktəbin 11-ci sinif şagirdi Həşimov Əli Azər oğlu Coğrafiya fənni üzrə III yer və Sığdaş kənd tam orta məktəbin 11-ci sinif şagirdi Salmanov İzzət Mənsum oğlu Coğrafiya fənni üzrə lll yerə layiq görülüblər.

Masallı Rayon İcra Hakimiyyəti olaraq Respublika Fənn Olimpiadalarında uğur qazanmış məktəblilərimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10