Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Paşinyana Nobel Sülh Mükafatı verilməlidir” - Novella Cəfəroğlu



Ötən həftə Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması sülh və delimitasiya prosesinin gedişində olduqca müsbət addım kimi yadda qaldı. Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət öncə verdiyi vədə, yəni 4 kəndin qaytarılması ilə bağlı sözünə əməl etməsi Azərbaycan cəmiyyətində də müsbət reaksiyalara səbəb oldu. Bu addım hər iki ölkə cəmiyyətində sülhün əldə olunmasının real göründüyünü bir daha təsdiq etdi. Dünən isə ilk sərhəd sütunu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırıldı. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlubildirib ki, İlham Əliyevin və Paşinyanın sülh istiqamətində addığı addımlar Nobel Sülh Mükafatına layiqdir: 

“Paşinyan hər şeydən əvvəl öz millətinin qeydinə qalır. O görür ki, bu addımları atmasa, Ermənistan batıb gedəcək. Bu gün ermənilər haqqında fikirləşən, onların gələcəyini düşünən yeganə adam Paşinyandır. Düzdür, Paşinyanın addımlarını İlham Əliyevin uğurlu siyasəti ilə müqayisə etmək düzgün deyil. Amma bu gün Paşinyan da yüksək səylə öz xalqının gələcəyi və rifahı üçün əlindən gələni edir. Əlbəttə, onun addımları Azərbaycan cəmiyyətində də olduqca müsbət qarşılanır. Bu səbəbdən hər iki dövlət başçısının bu konfliktin həll olunması, qonşuluq münasibətlərinin bərpa edilməsi üçün atdıqları addımları Nobel Sülh Mükafatına layiqdir. Çünki bu addımlar bütün dünyaya göstərir ki, konfliktləri masa arxasında həll etmək mümkündür”. 

Novella Cəfəroğlu Qafqazda sabitliyin təmin olunmasının bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: 

“Artıq dövr müharibələr, konfliktlər dövrü deyil. Müharibə ölkələrə sadəcə insan itkisi, iqtisadi, mədəni gerilik gətirir. Regionda, Qafqazda əmin-amanlıq, mehriban qonşuluq münasibətləri təmin olunmalıdır. Bütün dünyaya göstərməliyik ki, belə yaşamaq olar. Paşinyan ölkəsinin, xalqının düşdüyü vəziyyətin fərqindədir. Ona görə də Azərbaycanla sülh və müsbət münasibətlər yaratmağa çalışır. Bu baxımdan mən onun bu addımlarını müsbət qarşılayıram. Bugünkü gündə həm İlham Əliyev, həm də Nikol Paşinyan Nobel Sülh Mukafatına tam layiq rəhbərlərdir. Zamanla iki xalq arasında kin-küdurət, qarşılıqlı niftət də tədricən yox olacaq. Bunun üçün müəyyən zaman lazımdır”. 

Nazim Hacıyev 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10