Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Okeanın o tayından gözlənilən qərar: Ukraynaya 61 milyard dollar yardım




ABŞ Nümayəndələr Palatası: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya təhvil verilsin

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib. AYNA xəbər verir ki, qərara əsasən, Rusiyanın dondurulmuş aktivlərinin 60,84 milyard dolları hərbi yardım qismində Ukraynaya göndəriləcək.

Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya təhvil verilməsini, həmçinin Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsini özündə ehtiva edən qanun layihəsi Nümayəndələr Palatasında lazımi sayda səs toplayıb. Ardınca layihə Senata göndəriləcək.

Qanun layihəsinə görə, ABŞ Ukraynaya 61 milyard, İsrailə 26 milyard (o cümlədən 9,1 milyard dolları humanitar ehtiyaclar üçün), 8,12 milyard dollar isə Tayvana yardım edəcək. Bundan əlavə, qanun layihəsində Rusiyanın aktivlərinin müsadirəsi, o cümlədən suveren aktivlərin çıxarılmasının qadağan edilməsi, dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiyanın ödənilməsi səlahiyyətləri və aktivlərin Ukraynanın bərpası üçün istifadə edilməsi ilə bağlı müddəalar var.

360 konqresmen qanun layihəsinin lehinə, 58-i əleyhinə səs verib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10