Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır



Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib. Bu, onun həmin əraziyə ilin əvvəlindən etibarən ikinci səfəridir. Başda “Hraparak” olmaqla, bir sıra nüfuzlu erməni nəşrlərinin xəbərinə görə, Paşinyan bu görüşdə kənd sakinləri ilə Voskepar və digər anklav olmayan 3 kəndin Azərbaycana qaytarılması ilə bağlı məsələni müzakirə edib. Bəzi mənbələr görüşdən sonra erməni sakinlərin kəndlərin qaytarılması ilə bağlı məsələyə daha loyal yanaşdığını bildirir. 

Paşinyanın bu səylərindən sonra 4 kəndin Azərbaycana  qaytarılması yaxın vaxtlarda reallaşa bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, kəndlərin Azərbaycana qaytarılması ilə bağlı rəsmi İrəvanın üzərində yetərincə təzyiq var: 

"Əvvəlcə onu qeyd edim ki, Azərbaycan çox böyük bir iş gördü. Rusiya tərəfi ilə əldə olunan razılığa əsasən, rus sülhməramlı kontingenti Qarabağı vaxtından öncə tərk etdi. Bunu Paşinyan da başa düşürdü. Paşinyan anklav olmayan 4 kəndin Azərbaycana qaytarılması məsələsini bir sıra səbəblərdən gündəmə gətirir. Birincisi, Türkiyə ilə münasibətlərin bərpası üçün bu çox vacibdir. Digər tərəfdən isə Avropa sülhün təmin olunması baxımından bu mövzuda Ermənistana müəyyən təzyiqlər göstərir. Rusiya isə öz maraqlarına uyğun olaraq, Qafqazda tərəfdaş kimi Azərbaycanı seçdi. Bu özlüyündə Azərbaycanın xarici siyasətdə çox böyük bir uğurudur. Ermənistan da bunu çox yaxşı başa düşür və bir növ qabaqlayıcı addımlar atmaq istəyir”. 

Politoloq kəndlərin böyük ehtimalla yaxın 2 ay ərzində qaytarılacağını diqqətə çatdırıb: 

“Rusiya birmənalı olaraq Paşinyanın hakimiyyətdə qalmasının kəskin əleyhinə olsa da, hazırda möbcud status-kvo Ermənistanın maraqlarına uyğun gəlir. Ona görə də, Qazaxın kəndlərinin qaytarılmasının uzun müddəti əhatə edəcəyini düşünmürəm. Yəqin ki, yaxın 2 ay ərzində mütləq o kəndlər qaytarılacaq. Çünki digər tərəfdən delimitasiya-demarkasiya məsələlərinin həlli üçün, bu proses çox önəmlidir. Bu Ermənistanın özü üçün də sərfəlidir. Əgər Ermənistan özünü pis aparsa, Azərbaycan 1920-ci il xəritəsindəki torpaqları tələb edə bilər. Belə olan təqdirdə Ermənistan cəmi 9 min kvadratkilometr qalmalıdır. Paşinyan başa düşür ki, belə olarsa Ermənistan dövləti məhv ola bilər. Ona görə də Azərbaycanın kəndlərini qaytarmaq istəyir ki, rəsmi Bakı yeni tələblər irəli sürməsin”. 

Nazim Hacıyev 








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10