Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
Yenisabah.az xəbər verir ki, komissiyanın növbəti iclası aprelin 17-nə təyin edilib.
Komissiyanın iclasları 28 May – Respublika Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Əfv Məsələləri Komissiyasının ilk iclasında 100-dən çox müraciətə baxılıb.