Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı



SEPAH-a bağlı Teleqram kanalı (rus dilində) Təl-Əvivə 20 raket, "İsrailin Bakıdakı yuvalarına" isə 5 raket atmağa çağırış edib.

“Yeni Sabah” musavat.com-a istinadən xəbər verir ki, bu kanal Azərbaycana özünün radikal münasibəti ilə fərqlənir.

"Təl-Əvivə 20 raketin və İsrailin Bakıdakı yuvalarına 5 raketin buraxılması İran İslam Respublikasının bölgədə sağ qalması və müqavimət cəbhəsinin davamlı olması və dəstəyi üçün lazımdır", - deyə bildirilib.

Göründüyü kimi, İran silahlı qüvvələrinin ən böyük qoşunu - ali dini liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıq-aydın şəkildə ölkəmizin paytaxtını bombalamağa çağırır. Bütün bunların səbəbi isə Ermənistanın işğalına son verərərək, Qarabağın (müsəlman torpaqlarının) azad olunması, "xaçlı klubun" Güney Qafqazdakı ordusunu (artsax) bitirməmiz, düşmənin üzərində möhtəşəm zəfər qazanmamızdır. Bütün erməni təəssübkeşləri kimi, İran da bu gəlişmədən rahatsızdır.

Telegram kanalımız






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10