Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Rusiyanın Norilsk şəhərindəki xeyirxahı, fədaisi həkim Cavid Nəzərov


 


C. Nəzərov: - Nə valideynim, nə özüm heç vaxt haram çörək yemədik, ən ləziz tikəmizi ehtiyaclı insanlarla böldük

 


Doğma Masallının onlarla, yüzlərlə gənci  Rusiyanın, eləcə də dünyanın bir sıra şəhərlərində çalışır, kimisi təhsil alır, kimisi çörək qazanır, kimisi doğma yurdu təbliğ edən tədbirlər keçirirlər.

Belə gənclərimizin bir çoxu Vətəndən uzaqlarda olsa da, doğma yurdu da unutmur, vaxtaşırı olaraq həm Rusiyada, həm Azərbaycanda həmvətənlərimizə maddi və mənəvi dəstək olur, geniş miqyasda  xeyriyyəçilik aksiyaları keçirirlər.

Belələrindən biri də əslən Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuş (1977-ci il), bu qəsəbədə orta təhsil almış, Azərbaycan Dövlət Tibb Universitetini əla qiymətlərlə bitirmiş, üz-cənə cərrahiyəsi üzrə peşəkar kurs keçmiş,  doğma rayonuna qayıtmış, lakin burada  haqsızlıqla üzləşdiyindən  Rusiyanın uzaq Norilsk şəhərinə üz tutmuş Cavid Nəzərovdur.  Hazırda C. Nəzərov  Norilsk şəhərində stomatoloq işləyir. 

Cavid Nəzərov:-

 

  1. 2000 ci ildən RF.Norilsk şəhərində yaşayıram, AVMVİB-nin  (Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai birliyi) fəxri üzvü, bu təşkilatın Rusiya Federasiyasindaki səlahiyyətli nümayəndəsi, Norilskdə Azərbcan diasporasının üzvüyəm. 

 

Məlumat üçün bildirək ki,  Cavid Nəzərov bu şəhərdə həmyerlimiz və eləcə də kürəkəni Rəşad Məmmədli ilə birgə təsis edilmiş Rusiya Federasiyası Azərbaycanlılarının Vətən keşikçilərinə Yardım Fədailər qrupunun yaradıcılarından biridir. 

Bu qrup müntəzəm olaraq qürbətdə vətənimizi lazımınca təblig edir, adət-ənənələrimizi yaşatmaq,  bu yöndə tədbirlərin təşkili, eləcə də ehtiyacı olan həmvətənlərimizə yardım göstərmək sahəsində olduqca mühüm işlər görür.

 

10 ildən artıqdır ki, vaxtaşırı olaraq istər Xocalı qırğını ilə bağlı, istər Qurban və Ramazan bayramlarında,  istərsə də digər ildönümləri və bayramlarla bağlı yardım aksiyaları keçirir,  koronovirusun   geniş yayıldığı günlərdə ictimai fəal   Afər Cahangirovla birlikdə   ehtiyaclı ailələrə ərzaq və maddi yardımlar göstərmişdir.

Masallıdakı “Viləş” istirahət mərkəzində bu rayondan olan 20-yə yaxın şəhid övladları və ailələri üçün bayram süfrəsi açmaq da Cavid və dostlarının yadda qalan tədbirlərindən biri idi.

Türkiyədə zəlzələ olan zaman da həmin Fədailər buna biganə qalmadı. Belə ki, Çavid və dostları Türkiyənin İstanbul şəhərində  “Zəhra ana” dərnəyinin fəallarından olan  Kərbəlayı Sinan Ozanın vasitisə ilə qurumla əlaqəyə girib, dəfələrlə qardaş ölkəyə yardımlar göndərdilər. 


Həmçinin Azərbaycanın əksər rayonlarında şəhid ailələrinin, qazilərinin  ailələrini zirayət edib, çətinliklərinə dəstəkçi olublar.

Üzərində “Qarabağ Azərbaycandır” yazılmış köynəklər hazırlatdırıb, Norilskdəki  Rusiyadakı vətənpərvərlərə paylayıb, dəfələrlə ehsanlar təşkil edib.

C. Nəzərovun da ən fəal üzv olduğu Fədailər qrupunun  hazırda yüzlərlə üzvü var. Rusiyanın, eləcə də dünyanın çox yerində onların dəstəkçiləri var.

Dünyanın çox yerindən onlardan kömək istəyən insanların hər birinə həssaslıqla yanaşır. Elə bu günlərdə  Gürcüstan azərbaycanlısı olan, hələ 1-ci Qarabağ müharibəsində Azərbaycanın ilk snayperçi qadın kimi döyüşlərə qatılan, Təranə xanım Sardarova bu təşkilata müraciət etmişdi. Onun üzləşdiyi çətinliklərə yardımçı olmaq üçün C. Nəzərov neçə təşkilata üz tutdu.

Qısası, C. Nəzərovun da fəal üzvlərindən olduğu Rusiyada fəaliyyət göstərdiyi “Fədailər” qrupunun gördüyü işlərini sadəcə siyahısını sadalasaq, bir kitaba sığmaz.

Məlumat üçün bildirək ki, C. Nəzərov  Azərbaycanda İslam Stomatoloji klinikasının da rəhbəridir

Ç. Nəzərovun 1 qızı var ki, o da atasının peşəsini davam etdirmək arzusundadır.

Belə ki, onun qızı Safiya Nəzərova  RF Nijniy Novqorod şəhərində Lobaçevski adına Dövlət Unuversitin . Stomatologiya fakültəsində   ali təhsil alır. Dərs əlaçısıdır. Ən böyük arzusu doğma vətənə qayıdıb həmyerlilərinin sağlıq keşiyində dayanmaqdır.


Cavid Nəzərov deyir ki,  keşməkeşli həyat yolunda rəhmətlik atasının çox böyük rolu olub, 
Belə ki, atam Hacı Həbulla Nəzərov Fətulla oglu Norilsk şəhərinin sayılıb seçilən ziyalısı və agsaqqalı olub. Dindar idi, heç kimin bir qəpiyində də gözü olmazdı. O, 3 oğul, 1 qız atası idi. Həmişə bizi xeyirxahlığa, halal çörək qazanmağa çağırardı.

Bir dəfə soruşdum ki, ata, sən uzun illərdir ki, burada yaşayırsan,  niyə varlı deyirsən? Cavabında dedi ki, mən nəinki buranın, dünyanın ən varlı adamıyam.   1-i qızı, 3-ü oğlan olmaqla 4 halal, namuslu, xeyriyyəçi, öz zəhməti ilə ev-eşik, ailə-uşaq sahibidir. Elə bunlar mənim üçün ən böyük var dövlətdir.
 
Redaksiya olaraq Cavid bəyə ə dostlarına bu şərəfli işində uğurlar arzulayırıq.
 
Yazını hazırladı: Abdul Əsgərli
















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10