Bakı Bulvar İdarəsi ilanlarla bağlı yayılmış videogörüntüyə münasibət bildirib.
İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, bulvar ərazisində videogörüntüdə deyildiyi kimi, kütləvi ilanlar yoxdur.
“İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, - o əlavə edib.
G.Yelmarqızının sözlərinə görə, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub.
09:30
Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Videoda vətəndaşın əlində zəhərli ilanı tutması əks olunub.
Qeyd edək ki, ötən il də analoji hadisə yaşanmışdı. Müğənni Emma (Elmira) Ələkbərzadə “Instagram” hesabında belə bir video paylaşmışdı.
]