Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda həkimlərin iştirakı ilə “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib-FOTOLAR




TƏBİB, Alman-Azərbaycan Tibb Assosiasiyası (DAMV) və Bioloji Təbabət İnteqrativ Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 27 mart 2024-cü ildə Masallı rayonunda “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib.

Layihənin məqsədi Almaniyanın və ölkəmizin nüfuzlu tibb müəssisələrində çalışan müxtəlif ixtisaslı həkim mütəxəssislərin regionlarda fəaliyyət göstərən TƏBİB tabeli tibb müəssisələrində tibbi müayinə və maarifləndirmə həyata keçirməsi, xəstəliklərin erkən aşkarlanması və müalicəsi istiqamətində pasiyentlərin yönləndirilməsi, əhalinin sağlamlığının qorunmasına və effektiv tibb xidmətə töhfə verilməsidir.

Layihə çərçivəsində Almaniyada və Türkiyədə ixtisaslaşmış həkim-oftalmoloqlar, həkim-stomatoloqlar, pediatrlar, ümumi cərrahiyyə və plastik, rekonstruktiv və əl cərrahiyyəsi üzrə mütəxəssislər və həkim-psixiatrlar əhaliyə xidmət göstəriblər.
Tibbi müayinələr Masallı Rayon Mərkəzi Xəstəxanasında, Boradigah qəsəbə sahə xəstəxanası və Masallı Bioloji Təbabət klinikasında baş tutub.
Layihə çərçivəsində həkim mütəxəssislər Boradigah qəsəbə İ. Nağıyev adına 2 saylı tam orta məktəbdə valideynlər və yuxarı sinif şagirdləri ilə də görüşərək tibbi maarifləndirmə istiqamətində iş aparıblar.

Azpost.info

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10