Sübhan müəllimin, eləcə də ailənin həyatının ən maraqlı məqamlarından biri, onun babası, çox dəyərli insan Sarıbala müəllim evlənən zaman, Masallının Zuvand kəndindən qız alarkən gəlinə cehiz kimi Bal Pətəyi hədiyyə verilməsidir. Bu pətəklə birlikdə bu ailəyə bir bərəkət, bir şirinlik gəlib.
Bu ailənin layiqli nümayəndələrindən biri də doğma kəndində coğrafiya müəllimi işləyən Sübhan Şiriyevdir. Sübhan müəllim deyəndə yada nələr düşür?
Sübhan - yaxşı müəllim;
Sübhan müəllim – yaxşı arıçı;
Arıçı Sübhan – olduqca saf, səmimi insan;
Arıçı, gözəl coğrafiyaçı, gözəl insan Sübhan müəllim- gözəl ailə başçısı, gözəl ata... Bu siyahını xeyli uzatmaq da olar.
Ad günün mübarək. Sən xaraba gündə olan Ərkivandakı Bağlaküçə məktəbinə yaraşıq verənlərdən birisən.
Səni də, sənin vəfalı, sənə yaraşan həyat yoldaşın Günay müəəliməni, balalarınla birgə bu əziz gündə, bahara qarışmış 40 yaşında təbrik edirəm.
Xoşbəxt yaşamaq sizin haqqınızdır.
(Hədiyyə kimi isə, bir neçə il öncə cənub xəbərtv-də
Sənin haqqında hazırladığın verlişin -bal pətəyi kimi verilişin linkini əlavə edirəm-
https://www.youtube.com/watch?v=Sqm1_RNrk-w&t=197s)