Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanı internetsiz qoyan husilər kimdir? - ALLAHIN DÖYÜŞÇÜLƏRİ



Husilər, yaxud tam adı ilə “Ənsar Allah” (“Allahın döyüşçüləri”) hərəkatı 2004-cü ildə yaranıb. Onun üzvləri VIII əsrdə Səudiyyə Ərəbistanında yaranan və şiəliyin bir qolu sayılan zeydilər təriqətinə sitayiş edirlər. Yəmənin 30 milyonluq əhalisinin təxminən 8-10 milyonu zeydilər təriqətinə sitayiş edir. Daha çox ölkənin şimal-qərbində, Qırmızı dəniz sahilində yerləşən Səada vilayətində məskunlaşan bu dini-hərbi icmanın əsas silahlı qanadı “Ənsar Allah” adlanır. Hərəkatın əsasını qoyan Hüseyn Əl-Husinin 2004-cü ildə Yəmən hökumət qoşunları ilə toqquşmada öldürülməsindən sonra qruplaşma onun adı ilə həm də husilər kimi tanınmağa başladı. Ölkədəki sünni çoxluğuna həmişə müxalif olan husilər siyasi platformasında ABŞ və İsraili düşmən sayır, eyni zamanda Yəmən hökumətindən öz icmaları üçün daha çox səlahiyyət istəyirdi. Qruplaşma ilk dəfə 2014-cü ildə bütün dünyanın diqqətini özünə cəlb etdi. Həmin il onlar Yəmən Prezidenti Abdurabbih Mənsur Hadiyə qarşı qiyam qaldırdılar və 2014-cü ilin sentyabrında paytaxt Səna şəhəri də daxil olmaqla, şimal-qərb ərazilərini nəzarətə götürdü. Bu zaman Yaxın Şərqin əksər şiə icmalarında öz proksi şəbəkəsini quran İran indiyədək prioritet saymadığı husilərə qazandıqları ciddi uğurlar fonunda hərbi və maliyyə yardımı ayırmağa başlayır. 2015-ci ilin martında Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası Prezident Hadinin yardım çağırışından sonra Yəməndəki vətəndaş müharibəsinə müdaxilə edir. Amma ötən 9 il ərzində koalisiya husilərin müqavimətini yara bilməyib. Son vaxtlara qədər tərəflər arasında sülh danışıqları aparılırdı.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10