Oğul Tofiq-ana Zərifə xanım sevgisi isə başqa bir dünya idi.
https://youtu.be/lLVXA1V2ulM?si=D7xKu-778xOvtJ8j
Bəli, o, Tofiqin aşiqi idi, Tofiq onun. Hamımız anamızı çox sevirik. Lakin oğul Tofiq-ana Zərifə xanım sevgisi başqa bir dünya idi. Sanki bir ana - oğul dastana, ana-oğul sevgi məktəbi idi.
Tofiq həbsdə olanda Zərifə ananın necə haray saldığı, necə üsyan etdiyi, internet tv-lərdə necə həyəcan təbili çaldığı çoxlarının yadındadır.
Tofiqin-dövrümüzü Mirzə Ələkbər Sabiri kimi dəyərləndirilən ustadın şeirlərinoxuyanda, bu şerlərdəki cəngavərruhunu, yaramazlıqları xəncər kimi parçalayan, süngü kimi dəlmə - deşik edən misraları və onları Zərifə xanımın harayları fonunda xəyalımızda canlandıranda bir qənaətə gəlirsən -
belə oğulları ancaq Zərifə xanım kimi fədakar, həm də şair ruhlu analar dünyaya gətirə bilər.
Allah səni rəhmət etsin Zərfə xanım.Tofiq bəy, Ceyran xanım, sizlərə də səbr diləyirəm.
Biz Zərifə xanımla bir neçə dəfə görmüşük- Tofiqlə evinizdə müsahibə alanda, Masallıda xəstəxanada... Siz harada var idinizsə orada NUR var idi, RUH idi. Siz də NUR içində yatın. Ruhunuz isə hamımızın qəlbindədir.
(Bir neçə il öncə Tofiq Həsənli ilə evlərində müsahibə alarkən Zəifə ananın da 2 dəqiqəlik çıxışını lentə almışdıq. Həmin videonu yazının əvvəlində sizə təqdim etdik. Videonun tam versiyası ilə aşağıdakı “Xatalı şair” Tofiq Həsənli və 87 yaşlı anası ilə söhbət” veriliş ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
Cenub.az. Zahir Əmənov