Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mollalar Rusiyaya işləməyə gedənlər üçün xütbələr təşkil etməyə başladı –İbrətamiz-



“Vətənə, dininizə xəyanət etməyin, terror təşkilatlarının təsirinə düşməyin, öz ailələrinizə sadiq qalın...” 

Özbəkistanda din xadimləri  xarici ölkələrə, xüsusən Rusiyaya gedən yurddaşlarına    müsəlmanlara layiq şəkildə davranmaq və terrorçu qrupların təbliğatına uymamaq barədə tövsiyələr verməyə başlayıb. 

Cenubxeberleri "Moderator.az"a istinadən xəbər verir ki, xarici İslam saytları bu haqda Özbəkistan Müsəlmanları Ruhani İdarəsinə istinadla məlumat yayıb.  Bəhs edilən mövzularda xütbələr məscidlərdə və ya  miqrantların kütləvi şəkildə yola düşəcəyi  günlərdə birbaşa hava limanı və ya qatar vağzallarında aparılır. 

"Ruhani liderlər miqrantları harada yaşamalarından asılı olmayaraq vətənlərinə xəyanət etməmək, terror təşkilatlarının təsirinə düşməmək, öz həyat yoldaşlarına və ailələrinə  sadiq qalmağa çağırırlar"- Özbəkistan Muftiliyi mətbuat xidmətinin məlumatında belə deyilir.

Mollalar əmək miqrasiyası zamanı bəzi müsəlmanların ekstremistlərin təsiri altına düşmələri, öz dinlərinə, vətənlərinə xəyanət etmələri və s. barədə əyani misallar çəkərək soydaşlarını bunlardan dərs götürməyə dəvət edirlər. 

Rəsmi məlumata görə, Özbəkistanın 2,3 milyondan çox vətəndaşı xaricdə işləyir. Onların böyük bir hissəsi Rusiyada çalışır.

Sultan Laçın
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10