Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Arzu xanım Bağırova Qənirə xanım Paşayevanın arzularını necə reallaşdırır?



Qeyri-ənənəvi tətbiqi sənət növü olanSTRİNQ art “- kiçik mismarlar və ağ simlərlə işlənən  portretlər ustası Minarə Mehdinin rəsm sərgisi iştirakçıları niyə təəccübləndirdi?

Sabah, martın7-də minlərlə insanın sevimlisi, dəyərli insan, rəhmətlik Qənirə Paşayevanın doğum günüdür. İlk dəfə onun doğmaları, dostları bu günü onsuz keçirəcək.

Qənirə xanımın yüzlərlə, bəlkə də minlərlə dostu olsa da, həmin şəxslər içərisində Qənirə Paşayeva-Arzu Bağırova dostluğu özgə bir dünya idi. Sanki bu şəxslər dost yox, bir bədəndə iki can idi.

Yəqin ki, Qənirə xanımın ölümündən də ən çox sarsılan Arzu xanım oldu.

Onun “Qənirə” adlı ağrısı nə qədər acı, sitəmli, ürəkgöynədən olsa da, Arzu xanım göz yaşlarını boğub, şair demişkən “kədərini daş kimi ayağı” altına qoyub, özündə güc tapıb Qənirə xanımın arzularını, istəklərini reallaşdırmağa başladı.

Belə addımlardan biri də 2 gün öncə Bakının “Hilton” otelinin “Sevda”zalında reallaşan tədbir idi. 

Tədbiri şərti olaraq 3 hissəyə bölmək olar.

1-cisi Qənirə Xanımın xatirəsinin anılması;

2-cisi Qeyri-ənənəvi tətbiqi sənət növü  STRİNQ art “- kiçik mismarlar və ağ simlərlə işlənən  portretlər ustası Minarə Mehdinin rəsm sərgisi;

3-cüsü, Arzu Bağırovanın rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin yaranmasının 6 ili ilə bağlı hesabatı.

Öncə sonuncudan başlayaq.  RHİM İctimai Birliyi haqqında çox danışmayacağıq. Belə ki, təşkilatın 6 illik fəaliyyəti barədə video-çarxın linkiniyazıya əlavə edirik ki, hər şeyi Arzu xanımın öz dilindən eşidəsiniz

 

Söhbətin əvvəlinə qayıdaq.

“Hilton” otelinin “Sevda” zalına daxil olanda nəzəri ilk cəlb edən gənc rəssam Mədinə Mehdinin kiçik mismar və zərif simlərlə hazırladığı portretlər oldu. Şuşa şəhərinin 25 tanınmış sənət adamına həsr olunmuş bu portretlərdə sanki bizə incəsənət tariximiz dil açıb danışırdı. Sadıqcanın, Bülbülün, Rəşid Behbudovun, Əfrasiyab və Şəmsi Bədəlbəlilərin, Natəvanın və digərlərinin portretləri insanı başqa aləmə aparırdı. Qənirə xanımın da rəssam tərəfindən işlənmiş portreti həmin rəsmlərin önündə yer almışdı.

Tədbir şəhidlərinmizin xatirəsinin yad edilməsi və Azərbaycanın Dövlət Himnin səslənməsi ilə başlandı.

Daha sonra Qənirə xanımın öz ifasında səsləndirdiyi video nümayiş edildi.

Daha sonra RHİM İB-nin illik fəaliyyəti barədə video-çarx izlənildi.

Tədbirdə iştirak edən 10-a yaxın millət vəkili - Arzu Nağıyev, MəşkurMəmmədov,  Anar İsgəndərov, Aydın Hüseynov, Tamam Cəfərova , Jalə Əliyeva,  İlham Məmmədov, Pərvin Kərimzadə, Vüqar İsgəndərov onunhaqqında kövrək xatirələrini söylədilər.

Tədbirdə millət vəkilləri ilə yanaşı Mətbuat Şurasının sədri Rəşad Məcid, Ləman Əşrəqızı, Elşad Paşasoy, Etibar Cəbrayıloğlu, eləcə də Sumqayıt Dövlət Universitetinin Rektoru Rüfət Əzizov, şəhid anaları, qazilər, musiqiçilərvə  digər tanınmış şəxslər iştirak edirdi

Tədbirin bədii bölümündə Xalq artisti Simarə İmanova və gənc sənətçi Ceyhun Həsrət və görmə imkanları məhdud istedadlı gəncimiz Ramal Əzimzadə tədbirə rəng qatdılar.

3 saata yaxın davam edən, 200-dən artıq şəxsin qatıldığı bu tədbirə görə Arzu xanım xüsusi təşəkkürə layiqdir.

Tədbirin aparıcısı Əkbər Qoşalı, təşkilatçı Nilufər xanım, eləcə də bütün bu işlərdə Arzu xanıma dayaq olmuş həyat yoldaşı Səməd Bağırovun da bu sərginin təşkilində xıdmətləritəqdirəlayiqdir.

Onu da xatırladaq ki, tədbirdənümayiş etdirilən rəsm əsərləri Qarabağ muzeyinə təqdim olunacaq.

Cenub.az. Zahir Əmənov








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10