Və ya talış dağlarının gözəli
Bibioni şəlaləsi Lerik rayonunda eyni adlı kəndin ərazisində yerləşir. Şəlalə Talış dağlarındakı ən gözəl və bolsulu şəlalələrdən biridir.
Bibioni kəndinə Lənkəran-Lerik yolunun Hamarmeşə kəndi ərazisindən sola dönməklə getmək mümkündür. Buradan kəndin mərkəzinə 4 km, oradan şəlaləyə kimi isə 500-600 metr məsafə var.
Daşlı yolun bərbad olması kəndə gedişi yalnız, altı nisbətən hündür avtomobillər üçün mümkün edir. Altı aşağı avtomobillər üçün bu yoldan ziyansız ötüşmək həmişə mümkün olmur.
Kəndə, demək olar ki, müntəzəm marşrut xətti yoxdur. Kənd sakinləri əsasən yoxuşdan ibarət olan yolu çox vaxt piyada getməli olurlar. Turistlər də şəlaləyə piyada qalxmağa üstünlük verirlər.
Xüsusilə yağışlı günlərdən sonra şəlalənin suyu daha da gurlaşır. Lakin belə günlərdən sonra şəlalənin yolu da bir o qədər palçıqlı və sürüşkən olur.
Bütün bunlara baxmayaraq, Bibioni kəndi və şəlaləsi ölkəmizdə ilin bütün fəsillərində gedib görüləsi yerlərdən biridir.
Beləliklə: