
ABŞ İrana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. cenub.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz qüvvələri Hörmüz boğazında İrana məxsus PUA-nı vurub.
Tramp qeyd edib ki, kəşfiyyat aparatı Amerikanın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub. Onun sözlərinə görə, PUA hərbçilər üçün təhlükə yaradıb.