Daxili İşlər Nazirliyi Salyanda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
***
saat 10:27
Salyanda ər və arvad qətlə yetirilib.
Lent.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, olan əvvəllər tibb müəsisəsində baş həkim işləyən şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.
Əlavə məlumatlar veriləcək.
Faktla bağlı Salyan prokuroluğu araşdırma aparır./APA