Qısası, 6 cənub rayonda 6 müavin yeri boşdur – layiqli kadr yoxdur, ya bu vəzifələrin boş, ya “dolu” olması elə də əhəmiyyətli deyil?
Cenub.az bildirir ki, bu gün Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev yaş həddinə görə vəzifəsindən azad edilib. Xatırladaq ki, 1 ildən artıqdır ki, Masallı və Lerik rayonlarında da birinci müavin vəzifəsi boşdur.
Xatırladaq ki, Lənkəran İcra hakimiyyətinin digər müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur. (Məlumatı Qafqaz.info yayıb)
Bu siyahıya uzun müddətdir ki, Masallı və Cəlilabad rayonlarındakı icra hakimiyyətlərindəki “hümunitar” məsələlər üzrə müavin vəzifələrinə kadr tapılmır.
Qısası, 6 rayonda 6 müavin yeri boşdur – layiqli kadr yoxdur, ya bu vəzifələrin boş, ya “dolu” olması elə də əhəmiyyətli deyil.
Cenub.az. Zahir Əmənov