Cenub.az arqument.az-a istinadən xəbər verir ki, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birgə mühakimə olunan “Səda TV” kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Zeynallını rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə suçlu sayıb.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.