Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədə “qohum vergisi”: Qayınanasını yanında saxlayanlara vergi şoku!



Türkiyədə daşınmaz əmlak sektorunda maraqlı yenilik gözlənilir. 

FED.az yerli mətbuata istinadən xəbər verir ki, hökumətin təşəbbüsünə əsasən evlərində qohumlarını kirayə haqqı olmadan saxlayanlardan vergi tutulacaq. 

Türkiyənin Maliyyə Nazirliyi tərəfindən 2024-cü ilin mart ayında bəyan ediləcək 2023-cü il kirayə gəlirləri ilə bağlı yoxlama işlərinə başlanılıb. İlkin məlumatlara görə, Torpaq Reyestri və Kadastr Baş İdarəsi ilə Əhali və Vətəndaşlıq İşləri Baş Müdirliyindən alınan rəqəmlər müqayisə edilərək, kirayəçi və ev sahibi kimi kirayə gəliri əldə etmək potensialı olan təxminən 4,5 milyon ev araşdırılıb. 

Araşdırma zamanı həmin evlərin mülkiyyətçiləri ilə burada qalanlar arasında qohumluq əlaqələrinin olub olmadığı yoxlanılıb. Məlum olub ki, ölkədə 2 milyona yaxın ev kirayəyə verilə bilər. Amma o da məlum olub ki, burada yaşayanların bir hissəsi ev sahibinin uzaq qohumlarıdır. 

Türk ekspertləri bildirir ki, Maliyyə Nazirliyi sözügedən 2 milyon evə bir-bir gedərək hansının kirayəyə verildiyini, burada kimlərin yaşadığını müəyyənləşdirəcək. Bu kontekstdə kirayəçilərdən icarə müqaviləsi, icarəyə götürdükləri tarix, icarə haqqı və ödənişi necə həyata keçirdikləri ilə bağlı məlumat vermələri xahiş olunacaq. 

Qanuna görə, kirayəyə verilən evlərdən icarə haqqına uyğun vergi tutulur. Amma qohumlar həmin evlərdə pulsuz qaldıqlarına görə, vergi də ödənilmir. 

İndi isə təklif olunur ki, yaxın qohumları (ata, ana, övladlar) çıxmaq şərtilə uzaq qohumların yaşadığı evlərdən də vergi tutulsun. Bu verginin məbləği orada adi kirayəçi qaldıqda ödənilməli olan kirayə haqqına uyğun olacaq. 

Ekonomimcom-un köşə yazarı Abdullah Tolu bildirir ki, «Vergi Qanununda «ev kirayəsiz, pul faizsiz ola bilməz» qaydası keçərlidir. Bu qaydaya görə, mülkiyyətində olan evlər icarə haqqı olmadan vətəndaşlara buraxıla bilməz. Bunun qarşısını almaq üçün Gəlir Vergisi Qanununda “presedent icarə haqqı” tənzimləməsi aparılıb». 

Bəzi məlumatlara görə, yeni qayda Türkiyədə evlərin boş saxlanmasının qarşısını almaq üçün tətbiq olunacaq. Məsələ bundadır ki, Azərbaycanda olduğu kimi, Türkiyədə də bəzi şəxslər çoxsaylı mənzil və evlər alaraq onları boş saxlayır, nəticədə bazarda yaranan mənzil qıtlığı evlərin satışı və kirayə qiymətlərini artırır. Həm də Türkiyədə boş olan evlərə əlavə vergi tətbiq edilir bu vergini ödəməmək üçün bəzi şəxslər evə uzaq qohumlarını yerləşdirirlər – təbii ki, kirayə haqqı almadan. İndi isə hökumət tələb edir ki, evlərə görə kirayə haqqı alınsın və ondan vergi ödənilsin. Evdə qohumların qalması da bu qaydaya mane olmayacaq – yeniliyə əsasən ev sahibləri evi yalnız ən yaxın qohumlara kirayə haqqısız verəcəklər, qalan qohumlar, məsələn qayınana, dayı, bibi üçün vergi ödəmək lazım olacaq. 

Mövzu ilə bağlı Abdullah Tolu, “Məsələn, şəxs (A) sahibi olduğu evi kirayəsiz anasına versə, gəlir vergisi ödəməyəcək, ancaq qayınanasına ayırsa, ekvivalent kirayə haqqı üzrə gəlir vergisi ödəməlidir. Eyni şey (A) şəxsin arvadı olan gəlinə də aiddir." "Qaynana mülkiyyət sənədi gəlinin adına olan evdə yaşayırsa, gəlin ekvivalent kirayə qiymətinə gəlir vergisini, yəni “Qayınana vergisi” ödəyəcək. Öz anası yaşayırsa, gəlir vergisi ödəməyəcək”-deyə açıqlama verilib. 

Telegram kanalımız






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10