Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Şəhid ailəsindən böyük alicənablıq



“Qan pulu”na şəhaid xatirəsini əbədiləşdirmək üçünabidə-bulaq-bağ kompleksi yaratmağa qərar verdilər

Söhbət Ərkivan qəsəbəsində zibilliyi, kolluğu təmizləyib şəhid qardaşları üçün hökumətin ayırdığı 11 min manat “qan pulunu” son qəpiyinə qədər şəhid park-abidəsinə sərf edən böyük ürək sahiblərindən gedir.

Rəhmətlik Qafur Gözəlovlar ailəsi Masallı rayonunun Ərkivan qəsəbəsində (Bağlaküçə məhəlləsi) ən sadə, ən zəhmətkeş və ən təmmannasız ailələrdən sayılır. Ailə valideynlərdən savayı 4 qardaş və 2 bacı olub.Onlardan Surət sürücü (hazırda təqaüddə) və Hidayət sürücü, Şərafətisə suvaqçıdır

Ailənin son beşiyi Güləsgər isə hərbi xidmətiniQazaxıstanda başa vurduqdan sonra (o tankçı olub)1993-ci ildə könüllü şəkildə döyüş bölgəsində gedib. Həmin vaxt ondan böyük qardaşı,Almaniyada hərbi qulluqda olmu. Hidayətdə ona qoşulub.Lakin. Hidayətin 4 azyaşlı uşağı olduğu üçün onun cəbhəyə-döyüşə getməsinə icazə verilmiyəb. Beləliklə, Güləsgər tankçı kimi bir neçə dəfə qanlı döyüşlərdə iştirak edib.

Atəşkəsə bir neçə gün qalmış isə.. Onlar Fizuli rayonunun bir qisminiazad etdikdən sonraBöyük Qərvəndərazinin ilxıçı kəndi uğrunda bir neçə əsgər yoldaşı ilə döyüşə qoşulub və həmin döyüşdən sonratanki birlikdə itkin düşüb. Qardaşları aylarla axtarış aparsa da, Güləsərdən soraq olmayıb. Sonralar ona şəhid statusu verilib.

Biz, Ərkivan qəsəbəsinin ərazi nümayəndəsi İsrail TağıyevləŞəhid qardaşlarının inşa etməyə başladığı abid-bağ-bulaq kompleksinin ərazisində görüşdük

Şəhid qardaşı Hidayətin dedikləri:



-Biz heç vaxt şəhid qardaşımızın adından sui-istifadə etməyə çalışmadıq. Kim könüllü şəkildə nə hörmət etdisə, sağ olsun. “Qan pulu”nu alanda da çox düşündük. Düzü, eşidəndə bəzi ailələrdə qan pulunu neçə bölmək haqqında dava-dalaş da düşüb, çox təəssüfləndik.Qardaşlığa götür-qoy edəndən sonra, özümüzün geniş imkanımız olmasa da, kasıblıqla güzəran keçirməyimizə baxmayaraq qərar verdik ki, bu pulun 1 qəpiyini də özüümüz üçün xərcləməyək. Elə evimizin yaxınlığındakı böyük zibilliyi, kol-kos olan 2-3 sotuqluq yeri təmizləyib, burada şəhid qardaşımız, eləcə də digər 16 Ərkivan şəhidi üçün abidə ucaldaq. Burada artıq bulaq üçün quyu qazmışıq. 6 min ədəddən yuxarı “kubiklə” istinad divarı hörmüşük. Nəzərdə tutmuşuq ki, şəhid qardaşımız daxil burada16 Ərkivan şəhidlərinin şəkli olan lövhələr vuraq. Eləcə də onun yaxınlığıda yaşıllıq, bağ salıb, oturacaqlar, uşaqlar üçün əyləncə yerləri düzəldib, işıqlanma sistemi quraşdırıb insanları da dincəlməsinə şərait yaradaq. Axı, onlar bizim rahat yaşamamığımız üçün döyüşmüşdülər.

Hidayətərazi nümayəndəsi İsrail Tağıyevə onların işinə yaxından dəstək verdiyi üçün təşəkkür etdi.

Şəhid qardaşları abidə-bulaq-park kompleksində çalışan hər fəhlənin də zəhmət haqqın ödəyirlər. Lakin bu xeyirxah işi sona çatdırmaq onların gücü daxilində deyil.

Yardımçı olmaq istəyənlər 051 479 2424 saylı telefona zəng vura bilərlər.


Hazırladı: Zahir






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10