Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bağlaküçə” kitabı, Bağlaküçə məktəbi, bağlaküçəlilər və...



Masallı rayonunun Ərkivan qəsəbəsndəki  Bağlaküçə məhəlləsi, bir az mübaliğəli  desək, qəsəbə içərisində bir şəhərdir.

(Ölkənin ən bərbad məktəbi, indi isə dedi-qodu məskəninə çevrilmiş 3 saylı Bağlaküçə tam orta məktəbini də hələlik yaddan çıxardın. (Yazının sonunda bu barədə ətraflı danışacağıq)

Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsi əhalisinin sayına görə (təxminən -700 ev, 4 minə yaxın əhali), ən azından, böyük kəndlərlə müqayisə edilən bir məkandır.

Məhəllənin tarixi, coğrafiyası, əsas tayfaları

Bu məhəllədən görün kimlər yetişib:

Rayonun və bölgənin  ən dəyərli ruhanilərindən biri ---Mirkərim Ağa Əliyev

 

Ölkənin ən şöhrətli alimləri

 

1. Mikayılov Qorxmaz — fizika-riyaziyyat elmləri doktoru, professor, ABŞ-da işləyir. (Oğlu Harvard Unuversitetinin məzunudur). 

2. Mikayılov Rahib — texnika üzrə elmlər doktoru, professor, ABŞ-da işləyir.
3. Cəfərov Əsədulla — tarix elmləri doktoru, professor, Beynəlxalq "İNTAS-2000" proqramının qrant laureatı, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri.
4. Sadıqov Tural Həsənağa oğlu - riyaziyyat elmləri doktoru, professor. ABŞ-da çalışır.   (Göründüyü kimi bu məhəllənin 3 nümayəndəsi ABŞ-da professordur)

 

Bir neçə rayonun polis rəisi olmuş polkovnik Tərlan Nuriyev.

Polkovnik-leytenantlar

-    Vasif Nuriyev, 

-   Şahverdi Cəfərov - uzun müddət Bakıda məsul polis işçisi olmuşdur. 

Hər ikisi DİN-də çalışmışdır.

 

Afaq Abiyev- Dövlət Sərhəd Xidmətində məsul vəzifədə çalışıb -  Polkovnik
Hamil Əşrəfov - Dövlət Gömrük Komitəsinin şöbə müdiri - Polkovnik
Xanhüseyn Səmədov - Lerikdə Yol Polisinin rəisi işləyib.
Mikayıl Həsənov - Bakıda nəşriyyat direktoru.
Nadir Rəsulov – İlk Dövlət İnternet xidmətlərisahəsində infrastruktur olan “Bakı İnternet” in rəisi, elektron imza layihəsinin rəhbəri. “Tərəqqi” medallı.

 

Tanınmış idmançılar  

- Nadir Ağayev - SSRİ İdman ustası.

- Rafiq Babayev... Və onlarla idman ustası...

 

Yazarlar

- Könül Nuriyeva

- Sübhan Baqiyev

-Akif Ağayev- jurnalist

Müğənnu və xanəndələr

Nəriman Mirzəyev

Niam Salami

 

Rəhbər işdə çalışanlar

Qəsəbədə 

- Sabir Əşrəfov, Orduxan Bəşirov, Əmrah Mazanov, Əli Abiyev,  Firudin Rəsulov və başqaları.

 

Rayonda

Kamal Mazanov - Masallı şəhər və Ərkivan Qəsəbə İnzibati Ərazi nümayəndəsi...

Səxavət Mikayılov - Konserv zavodunun, Masallı Qaz İdarəsinin direktoru.

Ceyhun Bəşirov – Masallı Mədəniyyət Mərkəzinin rəhbəri

Salamat Bəşirov –  Hazırda “Ozan” Tibb Klinikasının rəisi

Ələkbər Abiyev - Masallı RPK-nın şöbə müdiri.

Məhəllədəki həkimlər

Fəal qadınlar

Qəsəbədə müxtəlif vəzifələri daşıyanlar

- Əmrah Mazanov – Ərkivan Qəsəbə Bələdiyyəsinin sədri

- Elmir Əliyev – Ərkivan  Qəsəbə İnzibati Ərazisinümayəndəsinin müavini

- Mircavad Tağıyev – Ərkivan Qəsəbə Əraziİnzibatı nümayəndəliyində məsləhətçi-mühasib

Dəyərli pedaqoqlar

– Məmmədağa Sadıqov, Həsənağa Sadıqov, Üzeyir Sadıqov, Bayram,Firudin Rəsulov və başqaları.

Bağlaküçə xeyriyyə cəmiyyəti:

- Müşfiq Nuriyev - qısa müddətdə 45-50 min manatlıq iş görüb. Məhəllənin giriş qapısı,    --- işıq dirəyi, ... metr səki...   və sair işlər. 

Qarabağ şəhidləri

Orden və medallılar 

Maraqlı adamlar

Dulusçular

Hüquq-mühafizə işçiləri

İş adamları

Rusiya və digər ölkələrdə yaşayan tanınmışlar

Azərbaycanın digər rayonlarında çalışan tanınmışlar

 

Bu kənddə hökumət idarəsi adına son 100 ildə bir məktəb olub və bir də tövlə.

Ayrı-ayrı şəxslərin yaratdıqları:

Açıq idman meydançası
Şadlıq sarayı
Ticarət Mərkəzi və sair.

İctimai obyekt adına - 1 məscid, 2 qəbiristanlıq, 1 Mərasim evi, 10-dan artıq mağaza, məişət obyekti

Şəhidləri, müharibə iştirakçıları:

Gözəlovlar ailəsinin şəhid övladının xatirsinəayrılmış sığorta puluna şəhidlər kompleksi tikdirilib.

Bundan əlavə məhəllədə şəhidlərin adına 2 bulaq, xatirə lövhəsi var.

Məhəllənin əsas 2 yolu   var və asfaltlanıb.

İndi isə Bağlaküçə məktəbi barədə

Heyif ki, bu qədər dəyərli insanları olan məhəllədəki tam orta məktəb olduqca bərbad vəziyyətdədir.

Dəfələrlə yüzlərlə insanın imzası ilə şikayət məktubları yazılıb, video görüntülər yayılıb, şəxsi müraciətlər olub, Lakin 400-dən artıq şagirdlikyeri olan bu məktəb düzəlmir ki, düzəlmir.

Bu gün bərbad olan təkcə Bağlaküçənin məktəbi yox, həm də çalışan bəzi şəxslərin orada yaratdığı qeyri-sağlam mühitdir. Bu yaxınlarda məktəbdə əsaslı yoxlama aparılıb, qarşıdakı həftədə yoxlamanın nəticələri, məktəbi qarışdıranların əsl siması tam çılpaqlığı ilə bilinəcək.

Yeni məktəb binasının tikilməsi ilə bağlı səlahiyyətli  və imkanlı şəxslərlə də intensiv danışıqlar aparılır. Yəqin ki, ən azı ilin sonunakimi Bağlaküçədə həm normal məktəb, həm də normal mühit yaranacaq.

Nəhayət, “Bağlaküçə” kitabı barədə

Bağlaküçə xeyriyyə cəmiyyətin rəhbəri Müşfiq Nuriyev və onun komandası ilə məsləhətləşib qərar verdik ki, Bağlaküçə məhəlləsi barədə kitab hazırlayaq.

Artıq ilkin işlərə başlamışıq. Yuxarıdakı anonsdan da bunu görə bilərsiniz.

Bununla bağlı kimin təklifi, dəstəyi ola bilərsə,bizimlə əlaqə saxlaya bilər: 

Təşəbbüs qrupu adından: Zahir Əmənov. Əlaqə telefonu: 050 322 75 23.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10