Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“AZƏRBAYCAN TALIŞLARI ƏDƏBİYYATI”-NIN 2-Cİ CİLDİ ÇAPDAN ÇIXIB.


    

 

    Müstəqillik dövründən başlayaraq bir sıra sahələrdə olduğu kimi Azərbaycanda yaşayan xalqların ədəbiyyatı, mədəniyyəti, incəsənəti özünün çiçəklənmə dövrünə qədəm qoyub. Son illərdə talışdilli mətbu orqanlarının - qəzet, jurnalların, xeyli sayda kitabların nəşr edilməsi, haqqındasöhbət açdığımız məsələlərin bariz nümunəsidir.

          

              Yaxln günlərdə "AZƏRBAYCAN TALIŞLARI ƏDƏBİYYATI"nın 2-cildi işıq üzü gördü. Kitabın 1-ci cildi 2013-cü ildə nəşr edilib (BAKI, "MBM nəşriyyatı”, 2013-cü il. səh 283). Tərtibçi: şair, nasir Allahverdi Bayrami, redaktor: jurnalsit, naşir İradə Məlikova, elmi redaktor: filoloq, şair, filogiya elmləri doktoru M. Q. Əliyevdir. Kitabda 4 müəllifin - A. A. Bayrami, M. Q. Əliyev, X. S. Ağayev, M. S. Əhədovun 25 talış ədibinin həyatı, yaradıcılığı ilə bağlı 37 məqalə, 4 esse və 2 müsahibə dərc edilib. Məqalələrin əksəriyyəti (32 məqalə) filoloq A. Bayrami tərəfindn ən qqələmə alınıb.

             Kitabın 2-ci cildində  (BAKI, "APOSTROF-A" 2024-cü il. səh 420)  talış dilli ədəbiyyatın 34 tanınmış yazarının həyat və yaradıcılığına həsr olunmuş 38 məqalə, təhlil, müsahibə yer alıb. Müqəddimənin müəllifi ədəbiyyatşünas, şair, nasir Allahverdi Bayrami, məqalələrin müəllifi tənqidçi, şair, yazıçı Camal Lələzoədir. Kitabda 2020/21-ci illərdə Bakı şəhərində çapdan çıxan “Talış xalq folkloru” (I-II cild) kitabları ilə bağlı təhlili məqalə (müəllif: C. Lələzoə), Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı rayonlarında yazıb-yaradan ədiblərin - Zülfüqar Əhmədzadə, Əli Nasir, Xanəli Tolış, Şahin Həmidi, Əbdülrza Əhmədov, Bəhmən Saleh, Nəriman Tolışi, Bəxtiyar Ruşin, Baləddin Veşo, Tofiq İlham, Bəhram Şəms, Əhəd Muxtar, Əvəz Nəbioğlu, Talibi Şahin, Nəriman Azəri, Sona Novruzova, Səbirə Xurşudova, Mirheydər Bəşəru, Vüqar Həmati, Seyfulla Əsədullayev, Mirfəyaz Likməkani, Baloğlan Cəlili, Şirəli Əliyar, İlqar Bədəlov (İlqar Təhmiraz), Babulla Hüseynzadə, Vəlişah, Mahir Diniyev, Rafiq Murad, İftixar Sucayev Edail Kuləruj, Aqşin Tarixi,  Yadulla Sayadinin həyat və yaradıcılığına həsr edilmiş təhlili araşdırma, məqalə və müsahibələr öz əksini tapıb.

    Hər iki kitab 250 tirajla çap edilib. Kitabın 3 cilddə buraxılması nəzərdə tutulub. Yaxın gələcəkdə kitabın 3-cü cildi də oxuculara təqdim ediləcək.      

Haz                  Cenub.az üçün  hazırladı:  Xodaşirin  Cəbiyev (Cabbari

 

                       






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10