“Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanununda yaxın vaxtlarda gözlənilən dəyişikliyə əsasən Masallı rayonunda əhalisi 3 mindən aşağı olan 9 bələdiyyənin birləşəcəyi gözlənilir. Masallı Rayon Statistika İdarəsindən aldığımız məlumatda bildirilir ki, 2023-cü ilin 01 yanvar vəziyyətinə rayonda 9 bələdiyyənin ərazisində əhalinin sayı 3000 nəfərdən aşağıdır.
Həmin bələdiyyələr:
Siyahıya nəzər salanda 2969 nəfər əhalisi olan Sığdaş bələdiyyəsinin 3000 nəfər olması şansı daha çoxdur. Ola bilsin ki, bir il ərzində 31 nəfərlik bu fərq düzəlsin. Lakin proqnozlara görə kəndi tərk edənlər çoxdur. Əhali sayı 3 mini keçməsə Sığdaş bələdiyyəsi Kolatan bələdiyyəsinəbirləşə bilər.
Amma aşağıdakı bələdiyyələrin birləşməsi qaçılmazdır.
Hişkədərə 2973 nəfər, Miyankü 1125 nəfər. Hətta Hişkədərədə əhalinin sayı 3 mini keçsə belə Miyankü bələdiyyəsi ona birləşəcək.
Qəriblər ( əhali 2784 nəfər) və Qodman (Əhali 2717 nəfər) bələdiyyələrinin də birləşməsi qaçılmaz görünür.
Lürən bələdiyyəsinin 1866 nəfər, Musaküçə bələdiyyəsi ilə
Səmidxan bələdiyyəsinin (2805 nəfər) Şərəfəbələdiyyəsi ilə
Sərçuvar bələdiyyəsinin (2792 nəfər) isə Xıl, ya da Təzəkənd bələdiyyələrinə birləşəcəyi mümkün görünür.
Bütün bunlar bu ilin mart ayında dəqiqləşəcək. Belə olarsa, Masallıda bələdiyyələrin sayı 36-dən 29--a enə bilər.
Xatırladırıq ki, 1999-cı ildə bələdiyyələr yarananda Masallı rayonunda 100-dən artıq bələdiyyə var idi. Sonralar bələdiyyələr böyüdükcə “balacalaşdı”, səlahiyyətləri daha da azaldı. Bələdiyyələr birləşə-birləşə getsə də, bələdiyyələr “adı var- özü yox” çərçivəsindən çıxa bilmədi.
Turan Əlisoy Cenub.az