Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı vergi məmuru ölkə başçısının sərəncamı ilə təltif olundu



Ölkə mətbuatından bəlli olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əslən   Masallı rayonundan olan Abdullayev Vəli Həsən oğlu 1-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edib. 

Abdullayev Vəli Həsən oğlu 1970-ci ildə Masallı şəhərində anadan olub. Masallı şəhər 1 saylı tam orta məktəbində təhsil alıb və həmin məktəbi gümüş medalla bitirib. Daha sonra Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində təhsilini davam etdirərək həmin təhsil ocağını Fərqlənmə diplomu ilə bitirmişdir.

Təhsilini başa vurduqdan sonra  əvvəlcə  Masallı rayonu üzrə Vergi Müfəttişliyində,  sonralar Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.

Hazırda Dövlət Vergi Xidmətləri Öhdəliklərinin İdarə edilməsi Baş İdarəsində şöbə müdiri işləyir.

2021-ci ildə ona Baş Vergi  Xidməti xüsusi rütbəsi verilmişdirVergi polkovnikidir.

Xatırladırıq ki, Vəli Abdullayev Masallı rayonun ən dəyərli, unudulmaz ziyalısı və ağsaqqalı olmuş, ötən il dünyasını  dəyişmiş Hacı Həsən Abdullayevin oğludur.

Vəli müəllimi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

Cenub.az. Elçin Mirzəyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10