Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

5-ci ərkivanlı Masallıada mədəniyyət sahəsinə rəhbər təyin edildi




Cenub.az bildirir kiMasallıda Mədəniyyət Şöbəsi yaradılandan bəri ona

 rəhbərlik edənlərin sırasında ərkivanlılar üstünlük təşkil edib.  Hələ sovet dövründə Abuzər Mikayılov (Abbaslı məhəlləsi)Talıb Əliyev(Bədili məhəlləsi)Qardaşxan Zeynalov (Abbaslı məhəlləsi), Masallı Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb. Son illərdə isə Vəkil Nüsrətov (Miyondi məhəlləsi) Masallı Mədəniyyət Evinin müdiri olub. O, bu vəzifədə “Tərəqqi” medalına layiq görülüb.

 

Bu günlərdə isə daha bir ərkivanlı  Ceyhun Bəşirov (Bağlaküçə məhəlləsiLənkəran Regional İdarəsinin Masallıda  fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıbCeyhun Bəşirob  rayonun istedadlı  bacarıqlı gənclərindəndirHeyf kiŞahin Məmmədovun Masallıda icra başçısı olduğu dövrdə  anormal iş şəraitinə dözməyərək digər həmkəndlisi Həmid Züleymanovla birlikdə öz ərizəsi ilə həmin təşkilatı tərk etdi.

Ceyhum müəllimi yeni postunda təbrikl etməklə yanaşıonun qısa tərcümeyi halını sizə təqdim edirrik.

 

Bəşirov Ceyhun Salamat oğlu 1980-ci ildə Əkivan qəsəbəsində doğulub. Orta təhsilini Masallı şəhər 3 saylı tam orta məktəbində alıb. 1998-ci ildə şəhər 3 saylı orta məktəbi fərqlənmə ilə bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Tətbiqi kimya” ixtisasına daxil olub. 2002-ci ildə bakalvr pilləsini, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin “Neft, qaz emalı” ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Milli Elimlər Akademiyasının Radiasiya Porblemləri İnstitutunda elmi işçi kimi başlayıb. 2006-2012-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Masallı Gigiyena Epidemiologiya Mərkəzində Sanitar kimyəvi laboratoriya müdiri vəzifəsində çalışıb. 2012-2015-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi,  2017-2020-ci illərdə İstimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə “Sağlamlıq S” MMC-nin nəzdində “Ozon” klinikasının direktor müavini, 2022-2024-cü illərdə Nizami Gəncəvi  adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti  vəzifəsində çalışıb və həmin illər ərzində regional idarənin  Kommunikasiya Menceri  kimi fəaliyyət göstərib. 

Əmək fəaliyyəti dövründə  Respublika Gigiyena Epidemiologiya Mərkəzində ixtisas artırma kursu, İqtisadi İnkişaf Nazirliyində “İstehlakçı hüquqlarının qorunması və perspektivlər” mövzusunda,  Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda dövlət-din münasibətləri”, “Multikultiralizm Azərbaycan Respublikasının  dövlət siyasəti kimi”, 2022-ci ildə ADA Universitetində “İctimai Əlaqələr və Medianın əsasları” kurslarında iştirak edib. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, II dərəcəli Dövlət Qulluqçusudur. Ailəlidir, 3 övladı var.       

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10