Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizin ən vətənpərvər ziyalılarından biri “erməni xəstəliyi”ndən necə xilas oldu?



“Əvvəl 6 aydan, sonra 3-2 aydan bir elə sancılarım olurdu ki, həmin vaxtlar 2-3 gün həyat mənim üçün dəhşətə dönürdü”

İldırım Şükürzadənin necə saf, yalandan, riyadan necə uzaq, dəqiq bir insan olduğunu,  ixtisasının - tarixin necə  möhtəşəm araşdırıcısı olduğunu, necə zəhmətkeş, halal, təmənnasız bir insan  olduğunu onu tanıyanlar çox yaxşı bilir.

Dövrümüz üçün  az qala nadir tapıntı olan bu insanın son vaxtlara qədər nə qədər dəhşətli əzablar içində, sözün həqiqi mənasında qovrulduğunu bilirdinizmi?

Hər şeyi elə İldırım müəllimin öz dilindən eşidək:

AVİCENNA MEDİCAL CENTER sanki məni yenidən dünyaya gətirdi 

  İ. Şükürzadə:- Təqribən 25 il olardı ki, qarın nahiyəmdəki (bağırsaq) ağrılardan əziyyət çəkirdim. Qızdırma, üşütmə ilə müşaiyət olunan ağrılar ilk əvvəl qarın nahiyəmin sağ tərəfindən başlayırdı. Sonralar bu ağrılar gah sol, gah da göbəkaltı tutmaqla qarın nahiyəmdə sanki yırtıcı kimi dövr edirdi. 

Altı aydan bir başlayan ağrılar üç gün davam edir, heç bir dava-dərman, müalicə qəbul etmədən ağrıların dördüncü günü məni buraxırdı. İlk iki gün daha şiddətli keçirdi. Bu müddətdə ancaq uzanır, heç bir qida, maye qəbul edə bilmir, yalnız zarımaqla sağa-sola qıvrılırdım. İllah ki, öskürmə, asqırma halları baş verdikdə sanki cəhənnəmə gedib,qayıdırdım. Ağrılar bitdikdən 2-3 gün sonra qarın nahiyəmə zərbə endirilsəydi belə heç bir ağrı hiss etməzdim. Sanki 4-5 gün öncə bədənimdə şiddətli ağrılar baş verməmişdir.

   Altı aydan bir tutan ağrılar tədricən daha tez-tez baş verir- üç, iki aya endi. Son bir-iki ildə isə bu ağrılar hər ay baş verirdi. Bəzən ağrılarhər dəfə üç gün davam etməklə ayda üç dəfə baş verirdi. Təxmin edirdim ki, yaxın vaxtlarda həftəlik, gündəlik baş verəcək və həyatım bitəcək.

Müalicə məqsədilə İranda (Ərdəbil), Lənkəran və Masallıda müxtəlif klinikalarda, tibb mərkəzlərində olmuş, Bakıda çalışan bir neçə həkimə müraciət etmiş, dəfələrlə müxtəlif analizlər vermiş, MRT olunmuş, ultrasəs müayinədən keçmiş, endiskopiya, kolonoskopiya olunmuş, bütün təhlil sonucları pozitiv çıxmış, qəbul edilən müalicələrin heç bir faydası olmamışdır.

   Müəyyən həkimlər xəstəliyimin əlamətlərinin “FMF”, yəni Ailəvi Aralıq Dənizi Qızdırması üçün xarakterik olduğunu və bunun tədricən keçib-gedəcəyini, bir sözlə məni öldürməyəcəyini bildirsələr də, əksinə ağrılarım daha da intensivləşirdi.

   Qeyd edək ki, periodik xəstəliklər sırasına daxil olan “FMF” xəstəliyi Aralıq dənizi sahillərində yaşayan xalqlarda geniş yayıldığından və qızdırma, üşütmə iləbaşladığından “FMF”, yəni Ailəvi Aralıq Dənizi Qızdırması adlandırılmışdır. “FMF”mənfur qonşularımız – ermənilərdə də çox müşahidə olunduğu üçün bəzən bu xəstəlik tibbdə qeyri-rəsmi olaraq “erməni xəstəliyi” də adlandırılır. 

Bu xəstəliyin müalicəsi neçəyə başa gəlirdi?    

“FMF” irsi xəstəlikdir. Qan təhlili vasitəsilə bu xəstəliyin diaqnozu təyin edilir. Türkiyəyə göndərilən qan analizinin Bakıda 400-450manata başa gəldiyi bildirilmişdir. 

   Sonuncu dəfə ötən ilin noyabrında ağrılarım başlayanda Lənkərandakı Avicenna Medical Centerə gedib, ultrasəs müayinədən keçmək istədim. Xəstəliyin əlamətlərini USM uzmanı Süleyman İbadova söylədikdə, o tərəddüd etmədən bunun “FMF” xəstəliyi olduğunu və mütləq qan analizi verməyimi, əks təqdirdəxəstəliyin sonradan ağır fasadlar törədib, qaraciyər və böyrəklərimi sıradan çıxaracağını və həmçinin qan analizindən ötrü Bakıya getməməyimi, bunun Avicenna Medical Centerdə mümkün olduğunu bildirdi.

   Beləliklə, Avicenna Medical Centerdə (Referans Klinik Laboratoriya Mərkəzi; hal-hazırda Avicenna Medical Centerə məxsus laboratoriya fəaliyyət göstərir)   295 manatödəməklə qan analizim götürüldü. İki həftədən sonra Türkiyədən gələn analizin nəticələri “FMF” xəstəliyinə tutulduğumu təsdiq etmişdir. 

   Xəstəliyimin diaqnozu məlum olduqdan sonra Bakıdan gəlib, Avicenna Medical Centerdə pasientləri qəbul edən doktor uzman Sarvan Ağamuradovun qəbuluna yazıldım. Sarvan həkimin yazdığı müalicəni qəbul edirəm. Müalicənin nəticəsi olaraq artıq üç aydır ki, ağrılarım yoxdur. 

   25 illik xəstəliyə görə...

“FMF” xəstəliyi 25 il idi ki, bu gözəl, işıqlı dünyanı mənim üçün cəhənnəmə döndərmiş, həyatı mənə zindan, puç və mənasız etmişdir. Doktor uzmanlar Süleyman İbadov və Sarvan Ağamuradov vasitəsilə dərdimə əlac tapıldığını düşünür, buna görə də, Süleyman və Sarvan həkimlərə çox sağ olun deyib, dərin təşəkkürümü bildirirəm!

   Qeyd edək ki, Süleyman Cəmil oğlu İbadov Lənkəran rayonunun Gərmətük qəsəbəsindəndir. Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, müxtəlif ölkələrdə təlimdə olub, Sertifikatlara layiq görülmüş USM uzmanıdır.

Sarvan Rəsul oğlu Ağamuradov Astara rayonunun Siyaku kəndindəndir. İstanbulda tibb təhsili almış, Bakıda Ege Hospitalda revmotologiya və daxili xəstəliklər üzrə uzmandır.

  Ağrılarıma son qoyan Avicenna Medical Center özəl xəstəxana olub, 2021-ci ilin noyabrından fəaliyyət göstərir. Lənkəran şəhər Soltanağa Bayramov küçəsi 19 ünvanda, Xan evinin (Lənkəran tarix-diyarşünaslıq muzeyi) yaxınlığında, yolun üstündə yerləşən Avicenna Medical Centerdə yerli və Bakıdan gələn savadlı, təcrübəli həkimlər çalışır. Müasir cihaz və avadanlıqlarla təchiz olunan tibb mərkəzində oftalmologiya, allerqologiya, endikrinologiya, ginekologiya, kardiologiya, nevroloji, pediatriya, terapevt, urologiya-andrologiya, laboratoriya və ultrasəs müayinə xidmətləri daxil olmaqla pasientlərə münasib qiymətlərə yüksək  tibbi xidmət göstərilir.

   Lənkəran və ətraf rayonlarda yaşayanlar uzaq yol qət edib Bakıya getmədən, Avicenna Medical Centerə müraciət etməklə şəfa əldə edəbilərlər!

Xoşbəxtliyim, əlacım çox da uzaqlarda deyil, doğma Lənkəran torpağımda imiş. Bir daha əsil,  cəfakeş, sənətinin ustası olan həkimlərə sonsuz təşəkkürlər.

 

                                                                                             İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü  


 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10