Masallıda fəaliyyət göstərən “Prospekt MMC”-nin rəhbəri Vüsal Salayev Azərbaycan MEDİA Agentliyinə 7 GÜN.org saytı barədə yazdığı şikayət məktubunu cenub.az saytın daünvanlayıb və məktubun saytda işıqlandılmasını xahiş edib.
Həmin məktubu sizə təqdim edirik:
Hörmətli MEDİA rəhbərliyi. Ölkəmizdə pirat, oğurluq sayt kimi fəaliyyət göstərən 7Gün.org rəhbərlik etdiyim təşkilatı ardıcıl olaraq gözdən salmaqla məşğuldur.
Xatırladıram ki, rəhbərlik etdiyim “Prospekt MMC” şirkəti 1 ildən artıqdır ki, Masallıda fəaliyyət göstərir. Məqsədimiz ölkə başçısının göstərişlərindən və Masallı rayon icra hakimiyyəti başçısının yaratdığı münbit şəraitdən faydalanaraq doğma Masallımız üçün faydalı işlər görməkdir. Ölkəmizidən kənarda qazandığımız halal biznesdən gələn vəsaitlə Masallıda quruculuq işlərinə yardımçı olmaqdır. Bu məqsədlə rayon mərkəzində uzun illər istifadəsiz qalmış binada müasir tələblərə cavab verən Ofis mərkəzi yaratmış. Rayonun aparıcı biznes şirkətlərini bir məkanda birləşdirib, onlar üçün olduqca normal şərait yaratmışıq. Eləcə də primitiv şəkildə fəaliyyət göstərən küçə ticarətini daha sivil məcraya yönəltmək üçün təxminən 100 nəfərin işlədiyi , hər cür rahatlığı olan müasir tələblərə cavab verən Ticarət Mərkəzi yaratmış, bərbad vəziyyətdə olan ərazini abadlaşdırmışıq. Rayondakı bütün xeyriyyə işlərinin önündə olmuşuq.
Çox təəssüf ki, bizim bu faydalı işlərimizi bəzi bədxahların gözü götürmür. Ölkədə pirat sayt kimi tanınan 7GÜN.org saytı və saytın TV kanalı bu bədxahlığın önündə gedir. Ona görə pirat, oğurluq sayt deyirik ki, yeni MEDİA haqqında qanunun tələblərinə müvafiq olaraq bu saytın konkret ünvanı, məkanı bilinməlidir. Bu sayta isə belə istinadlar yoxdur. Buna görə onları bu əməllərinə görə məhkəməyə vermək əngəllər yaradır. Bu saytın rəhbərliyi ona arxayındılar ki, saytın yarandığı məkan ölkədən kənardadır və kimsənin ora əli çatmayacaq və onlar da ağızlarına gələni yazacaqlar.
Bunlar da qarşı tərəflərin fikrini öyrənmədən, ciddi araşdırma aparmadan, ümumi şəkildə “sakinlərin dediyinə görə”, “bəzi şəxslərin bildirdiyinə görə” və sair qeyri-müəyyən ifadələrə əsaslanar yazılar yayırlar. Yazılara qoyulan imzalar da bir sıra hallarda yalançı olur. Əksər hallarda telefonlarına zəng çatmır və sair.
Biz bu sayt haqqında Respublika Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıq İdarəsinə də yaxın günlərdə müraciət etmişik.
Bu saytın əsas hədəfi nədir? Guya biz ekologiya qaydalarının pozmuşuq və guya Qırmızı kitaba düşən ağacları kəsmişik. Görəsən, onlar bilir ki, Masallıda Qırmızı kitaba düşən ağaclar hansılardır? Qurumuş, rayonun gözəlliyinə xələl gətirən küknar ağacları haçandan Qırmızı kitaba düşüb? Yaxud ölkənin aparıcı təşkilatlarına guya külli miqdarda rüşvət verməyimiz barədə heç bir əsası olmayan, böhtan dolu iddialar irəli sürürlər.
Bütün bu və digər məlumatlar dəfələrlə aidiatı təşkilatlar tərəfindən yoxlanılıb və təsdiqini tapmayıb.
Təəssüf ki, onların hədəfində olanlar təkcə biz deyilik. Rayon təhsil şöbəsi, bəzi məktəb direktorları da onların hədəfindədir. BİA.AZ saytında Masallı Təhsil sektorunun müdiri Qoşqar Hətəmovun da təkzibi çap olunub.Gəncədən tutmuş əksər rayonlarda bunların qara izlərinin rast gəlmək olar. Çox uzunçuluq olmasın deyə, hələlik xırdalıqlara getmədik
Bu “ilan”ların Masallıdakı “kərtənkələlərinin” adları çoxlarına bəllidir. Xahiş edirik, bu şəxslər barədə, mətbuata ləkə olan belə müxbirciyazlar barədə ciddi ölçü götürəsiniz. İnanırıq ki, məktubumuza həssaslıqla yanaşasınız
“Prospekt MMC-nin” rəhbəri Vüsal Salayev.
Redaksiyadan: Sayta göstərilən nömrəyə zəng çatmadığı və ünvan bilinmədiyi üçün qarşı tərəfin fikrini öyrənə bilmədik.