Əsasən Avropanın və Şərq ölkələrinin aparıcı şirkətlərinin məhsullarından ibarət olan mallar yüksək keyfiyyəti və sərfəli qiymətləri ilə seçilir.
Masallı Şəhərinin Mərkəzində, “Respublika Bank”ın şərq tərəfində yeni "Prospekt Ticarət Mərkəzi" bu il fevral ayından artıq alıcıların istifadəsindədir
2 mərtəbəli Ticarət Mərkəzində eyni vaxtda 100-ə yaxın ticarət köşkündə insanlara müxtəlif xidmətlər göstəriləcək. Dünyanın aparıcı şirkətlərinin məhsullarından ibarət olan mallar yüksək keyfiyyəti və sərfəli qiymətləri ilə seçilir.
Burada istədiyini tapmadan, alış-veriş etmədən qayıtmaq imkansızdır. Belə ki, "Prospekt Ticarət Mərkəzi"ndə müxtəlif çeşiddə və ölçüdə qadın, kişi, uşaq geyimləri, ayaqqabıları, çantaları, hər cür məişət, kənd təsərrüfatı avadanlıqları almaq mümkündür.
Mərkəzdə vətəndaşların normal alış-verişi üçün saxlama otaqları, uşaq otağı, kafe, sanuzel, dərzi sexi, kişi bərbərxanası, qadın gözəllik salonu, hər cür şirniyyatların sifarişi, kompüter, elektron alış-veriş və digər xidmətlər təşkil olunub.
Həmçinin vaxtaşırı olaraq mərkəzdə yüksək brendə malik firmaların sərgiləri təşkil olunacaq.
Məlumat üçün bildiririk ki, 18 fevral 2024-cü ildə Ticarət Mərkəzində möhtəşəm endirimlər, tanınmış müğənnilərin iştirakı ilə musiqi proqramı nəzərdə tutulub.
"Prospekt Ticarət Mərkəzində"ki endirimlər, yeni mallar, sərgilər və sair tədbirlər haqqında
https://www.instagram.com/prospekt_ticaret_merkezi_2023?igsh=MXQ5NnVsMHlyZXhkeA==
səhifəsindən, eləcə də cenub.az saytından ardıcıl məlumat ala bilərsiniz.
Əlaqə telefonu: +994 50 880 95 80
Ticarət mərkəzində yüksək səviyyəli təhlükəsizlik xidməti təşkil olunub.
Eyni zamanda Masallı Rayonu Heydər Əliyev prospekti, 35 ünvanındakı Prospekt Biznes Mərkəzindəki ofislərin icarəsi mümkündür.
Əlaqə:+994 50 570 70 70
Siz bura otaq icarə etməklə iş və biznesinizi rahat formada yaratmaq imkanı əldə edəcəksiniz.
“Prospekt MMC”-nin Mətbuat Xidməti