
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi A.M-nın yaşadığı evdə intihar etməsi ilə bağlı ilkin səbəb bilinib.
Lent.az sosial mediaya istinadən xəbər verir ki, A.M-nın atası onun əlində olan telefonu alıb və dərslərini oxumasını istəyib.
Atasının sözünə hirslənən uşaq bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.
***
saat 16:16
Gəncədə intihar hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Bağman adlanan yaşayış massivində qeydə alınıb.
12 yaşlı A.M. yaşadığı evdə özünü asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmiş vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.