Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan möcüzəsi: unikal mənzərə - FOTOLENT



Bu əsrarəngiz ərazi paytaxtdan bircə saatlıq məsafədə yerləşir

Xızının rəngli dağları unikal təbiət mənzərəsidir. Qırmızı, narıncı, qəhvəyi və çəhrayı rənglərə boyanmış çox hündür olmayan bu dağlar gözəlliyi ilə göz oxşayır. Xalq arasında rəngli, bəzəkli, karamel dağlar kimi də xatırlanır.

Bu rəngarəngliyin yaranmasının səbəbi isə qrunt sularının təsiri ilə qayaların tərkibindəki dəmirin oksidləşməsidir. Yağış sularının təsiri ilə bu suxurlar üzə çıxır və nəticədə torpaq səthi qırmızı çalarlara boyanır.

Böyük Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağında yerləşən rəngli dağlar paytaxta ən yaxın olan dağlıq ərazidir. Bura Bakı şəhərindən sadəcə 1 saatlıq məsafədə yerləşir.

Dağların qarşı tərəfində şair Mikayıl Müşfiqin doğulduğu, lakin tərk edildiyindən xaraba qalan kənd olub. Sonradan bu ərazidə şairin ev muzeyi yaradılıb.

İsti yay aylarından başqa bütün fəsillərdə bura turizm üçün əlverişli sayılır. Rəngli dağlar yerli turistlərlə yanaşı, ölkəmizə qonaq gələn xarici turistlərin də ən çox üz tutduğu məkanlardandır.

Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -Azərbaycan möcüzəsi: unikal mənzərə -

İlham Mustafa






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10