Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Alimlər “Face App”la bağlı xəbərdarlıq etdi- Şəxsi hesabınıza müdaxilə olunur...



Son zamanlar bir neçə gündür ki,  insanlar sosial mediada özlərinin yaşlı şəkillərini “Face App” adlı proqram üzərindən yayımlamağa başlayıblar. Bu cür şəkillərin paylaşılması isə müzakirələrə səbəb oldu. 

Moderator.az xəbər verir ki, bir çox alimlər bunun şəxsi hesaba müdaxilə olduğunu dəyərləndirərək qeyd etdi ki, əgər şəxsi hesabınızı güvəndə saxlamaq istəyirsinizsə, bundan istifadə etməyin.

Bir neçə il öncə buna oxşar bir proqram da müzakirələrə səbəb olmuşdu. Rus texnoloji şirkəti “Wireless Lab” tərəfindən ərsəyə gətirilən bir proqram haqqında mübahisələr baş alıb getdi. Texnoloji və güvənlilik üzrə mütəxəssis olan David Vaile bununla bağlı açıqlama verib:

“Bu proqram vasitəsilə istifadə olunan fotonuzun hər kəs ilə paylaşılmasına imkan verilir və bu proqram onu həmişə arxivdə saxlamağa sahib olur. Fotonu yükləyərkən sizin bunu hara göndərməyinizlə bağlı ətraflı bir məlumat yoxdur. Bunun şirkət tərəfindən hər kəslə paylaşılmasına özünüz icazə vermiş olursuz”.  

Hər nə qədər əyləncəli olsa da son dönəmin ən populyar bir proqraml olan “Face App”ı istifadə edərkən diqqətli olmaqda fayda var.

Vasif Əlihüseyn







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10