Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Boğulan diktator üçün saman çöpü




Donos qoca çarı xilas edəcəkmi?

Rusiya cəmiyyəti arasında donoslar adi hala çevrilib. Ötən əsrin 30-cu illərinə təsadüf edən “məlumatlandırma” XXI əsrdə bütün şöhrəti ilə yenidən canlanıb.

Sovet ziyalılarının bütün elitasını tamamilə məhv edən donos yazma ötən əsrin 30-cu illərinə təsadüf edirdi. Mən başqa respublikaların nümayəndələrindən danışmayacağam, amma Azərbaycanda Mikayıl Müşfiq, Hüseyn Cavid və başqaları kimi dahi şəxsiyyətlər donosun qurbanı olublar.

Amma söhbət bundan getmir. Bu gün Rusiyada stalinizm hökm sürür. Düzdür, başqa adla. Və bu ad hər kəsə məlumdur. İldə bir dəfə üzünü böyüklərə və uşaqlara göstərən Şaxta baba kimi.

Və birdən həvəsləndirici bir soyadı olan nağıl qəhrəmanı meydana çıxır - Boris Nadejdin (Nadejda - rusca ümid deməkdir). Rusiya Federasiyasının vətəndaşı kimi Nadejdin prezidentliyə namizədliyini irəli sürüb.

Kremlin “itləri” nəinki hürməyə başladılar, həm də Stalin dövrünün üslubunda donos yazmağa başladılar. Belə ki, rusiyalı fəal Vitali Borodin Rusiya Prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdıran siyasətçi Boris Nadejdinin “xarici agent” elan edilməsi xahişi ilə Baş Prokurorluğa müraciət edib.

Və bu da hamısı deyil. Borodin Nadejdinin mövqeyinin Putinin siyasəti və onun, o cümlədən Ukraynadakı müharibədə iştirakı ilə ziddiyyət təşkil etməsindən narazıdır.

“Yəni, Rusiya Federasiyasının prezidentliyə namizədi Rusiya Federasiyasının öz xalqını nasizmdən, ekstremizmdən, LGBT təbliğatından qorumaq üçün səylə çalışdığı bütün mənfilikləri ruslara sırımaq niyyətindədir”, - deyə Borodin bildirib.

Bundan əlavə, o, müxalif siyasətçilər, fəallar, jurnalistlər və Aleksey Navalnının tərəfdarları tərəfindən Nadejdini dəstəklədiyini qeyd edərək, Nadejdinin namizədliyi ilə "liberalların" Rusiyada "Qərb" gündəmini təbliğ etdiyinə inandığını qeyd edib.

Borodin həmçinin Nadejdinin əsas sponsorunun Mixail Xodorkovski olması ilə bağlı şayiələri xatırladıb və onun üçün xaricdən maliyyə vəsaiti tapıldığı təqdirdə siyasətçinin “xarici agent” kimi tanınmasını tələb edib.

Bu arada, Boris Nadejdinin mətbuat xidməti onun "xarici agent" kimi yoxlanılması cəhdinə cavab verib: “Bizim qərargahımız xaricdən və ya digər xarici agentlərdən maliyyə və təşkilati yardım almayıb və almır. Biz bunu təzyiq hesab etmirik. İstənilən çılğın adamların hər təşəbbüsündən sonra açıqlama verməyi lazım görmürük. Biz işləməyə davam edirik”.

Qısa xülasə: Bu gün Rusiyada maraqlı proseslər müşahidə olunur.

Ölkəsini Ukrayna ilə müharibəyə sürükləyən Putin hazırda tavada qıvrılan ilanbalığı vəziyyətindədir. Amma heç bir diktator kreslosunu könüllü tərk etməz. Onun kütlənin dəstəyinə ehtiyacı var. Və daha çox rəqibini yarışdan çıxarmağa çalışır. Yəni, Nadejdini.

Nadejdinin reytinq qazanmağa davam etməsi Putini çox qıcıqlandırır. Ukrayna cəbhəsindəki uğursuzluqlar, Rusiyada reytinq itkiləri. Belə çıxır ki, Putinin “parlaq” siyasəti onu çıxılmaz vəziyyətə salıb.

Rusiya suvereninin reytinqini necə artırmaq olar? Bütün istiqamətlərdə uğursuzluq: Ukrayna, Cənubi Qafqaz və s. Donos onu xilas edəcək?

Lakin “Bütün Rusiyanın İmperatoru” qatarının getməsi ilə barışa bilmir. Ona görə də onu parlaq gələcəyə aparacaq “yanacaq” kimi Kreml özünün sübut olunmuş metodunu seçdi: Stalinin metodunu. Donos var, və rəqib yoxdur.

Ancaq əsas sual budur: əksəriyyəti Putinin “müdrik siyasətindən” məyus olan bütün ruslarla nə etməli?

Bu məsələdə donos problemi həll etməyəcək...

Müəllif: Fed Bakinski





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10