Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

On yeddi il əvvəl boşansalar da, hər gecə... - Bir cümləlik hekayələr On yeddi il əvvəl boşansalar da, hər gecə... - Bir cümləlik hekayələr



Kulis.az Tural Turanın bir cümləlik hekayələrini təqdim edir.

***

Babam öləndə on doqquz yaşında idi...

***

Bacım dünyasını dəyişən gün anam çay içirdi, atam siqaret çəkən kimi...

***

Qəbiristanlığın girişindən tapdığı 20 manatlıq əskinasın üzərində fəhlə atasının telefon nömrəsi yazılmışdı...

***

Atam ilk dəfə oğlu dünyaya gələndə rüşvətlə tanış olmuşdu...

***

Anası dünyasını dəyişən gün iyirmi üç il əvvəl müharibədə itkin düşən əsgərin paltarlarını da qəbirə qoyub dəfn elədilər...

***

Yuxarı məhəllədəki qonşumuz Vazgen əmi o günə qədər kəndimizdə görmədiyim adamlarla evimizə girib qundaqdakı iyirmi beş günlük qardaşım Türkaya üç-dörd güllə vurduqdan sonra qonaq otağımızdakı kökdən düşmüş pianomuzu dınqıldatdı və oynamağım üçün mənə beş rubl verdi...

***

Biz polislərlə içəriyə daxil olanda qonşumuz Sayalının altı aylıq körpəsi, təxminən, bir saat əvvəl keçinmiş anasının döşündən süd əmirdi...

***

Hər iki gözünü müharibədə itirən gənc çəliyini qaldırıb lal qadının dodaqlarına toxunduranda anladım ki, həyat yoldaşıdır...

***

Hər günorta kilsə zəngi çalınanda yaxınlıqdakı tikintidə işləyən fəhlələr əl-üzlərini yuyub qonşuluqdakı məscidə sarı üz qoyurdular...

***

On yeddi il əvvəl boşansalar da, hər gecə qapını ikisi də açıq qoyurdu...







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10