Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nəsiman Yaqublunun M.Ə.Rəsulzadə haqqında yeni kitabı



Nəsiman Yaqublunun M.Ə.Rəsulzadə haqqında yeni kitabı
Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin mətbuat haqqındakı yazılarını və fəaliyyətini əhatə edən, 342 səhifədən ibarət olan kitabı “Qanun” nəşriyyatında nəşr edilib.
 
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə ef
BuM.Ə.Rəsulzadənin 140 illik yubileyi  ilində çap olunan ilk geniş araşdırma və tədqiqat  kitabıdır. Bu həm də humanitar elmlər və , sahəsində çalışanların faydalanması üçün ciddi vəsaitdir. Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında 50-dən çox yazısı da oxuculara təqdim olunub. Eyni zamanda, kitabda M.Ə.Rəsulzadənin mətbuatla bağlı "İrşad", "Tərəqqi", “Təkamül”, "İrani-nov", "İqbal", "Açıq söz", ”İstiqlal”  və digər qəzetlərdəki yazıları, Azərbaycan Parlamentindəki çıxışları tədqiq edilmişdir. Bundan əlavə, M.Ə.Rəsulzadənin mühacirət irsində mətbuatla əlaqəli yazıları (“Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd”), Türkiyə,Polşa rəsmiləri ilə yazışmaları, şəxsi məktublaşmaları da tədqiq edilərək oxuculara təqdim olunub.
 
Kitabda M.Ə.Rəsulzadənin mətbu fəaliyyətini əhatə edən bəzi yazılar rus və ingilis dillərində də oxuculara çatdırılıb. Kitabın sonunda - "Sənədlər" bölməsində maraqlı arxiv sənədləri ilə də tanış olmaq mümkündür.
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10