Bakıda ən böyük dələduzluq predmetlərindən biri də eyni mənzili çox adama satmaqdır. “Meqa-Siti Holdinq” MMC-nin təsisçiləri Aqil Qədirovla Elnur Məmmədov da bu işlə məşğul olub.
AYNA bizimyol.info-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.
İttihama görə, şirkətin inşa etdiyi binada mənzillər bir neçə adama satılıb. Ümumilikdə 33 nəfər zərər görüb. Həmin şəxslərin 1 milyon manatı mənimsənilib.