Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Almaniyada azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər -


Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi 4 nəfər Moldava vətəndaşı döyüb, ağır xəsarətlər yetiriblər.

Məlumata görə, hadisə restoranların birində baş verib. Molovalılar restorandan istirahət edən türk vətəndaşına rusça ağır söyüşlər söyüblər. Əhliman rusça bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, 4 nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçayla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.

Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10