Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BazarStore müştərilərinə keyfiyyətsiz məhsul sırıyır


Böyük nöqsanlardan yaza bilmirik, heç olmasa bapbalaca nöqsanlara göz yummayaq

Sizə qısa, bapbalaca bir əhvalat danışım.  Mənim  “kakoslu peçenye”yə çox xoşum gəlir. Masallıda olanda vaxtaşırı olaraq BazarStore-nin Masallıdakı  filialından bu məhsuldan alıb, fərəhlə də nuş edirdim. Bakıya köçəndən sonra yaşadığım ərazinin yaxınlığında BazarStore olmadığından gəldim Gənclik metrosunun yaxınlığındakı eyni adlı mağazaya. Həmin peçenyenin 2 formasından qutuya yığıb verdilər məni. Axşam qonaqlar da var idi. Qutu açılandan sonra bəlli oldu ki,  peçeniyelərə diş batmır. Doğradıq mümkün olmadı, qızdırdıq yumşalmadı.

Xatırladırıq ki, eyni məhsulu Masallıdan alanda bu peçenyeni 5-6 gün saxlamaq olurdu, amma buradakı gör neçə günün peçenyesi imiş ki, belə daşa dönmüşdü. 

Eləmədim tənbəllik səhəri günü həmin peçeniyeni apardın həmin mağazaya. Dedilər, yanlışlıq olub, yenisini verək. İstəmədim. Müdiriyyətlə görüşdüm. Onlar da dedi, yenisini verək. Məlum oldu ki, yenisi yoxdur. Mən şikayət edən  kimi həm peçenyeni piştaxtadan yığışdırıblar.

Görəsən, BazarStore kimi nüfuzlu şirkət belə saxtakarlığı özünə necə yaraşdırır?

Bir-iki yaxın yoldaşla da bu barədə söhbətləşəndə, dedilər ki, o mağazada bu yeganə hal deyil.

Hamımız bu xırda-para şeylərə dözürük, sonra da bu bapbalaca nöqsanlar elə şişir, hətta deməyə qorxuruq.

Biz bu yazını bir sıra sosial şəbəkələrdə də paylaşacağıq, siz də paylaşın ki, bəlkə bəzilərinə ibrət ola..

Yəqin ki, Qida Təhlükəsizliyi Agentliyi buna biganə qalmayacaq.

Cenub.az / Zahir






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10