Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranlı yazarın yeni kitabı. Əyyub Türkay - Balaca qəhrəmanlarım


 

 

Müasir uşaq ədəbiyyatının istedadlı nümayəndələrindən olan Əyyub Türkayın “Balaca qəhrəmanlarım” adlı yeni kitabı işıq üzü görüb. Bu kitab “Balacaların şeir şələngi” və “Sovqat” uşaq şeirləri kitablarından sonra müəllifin balaca oxucuları üçün nəşr etdirdiyi sayca üçüncü kitabıdır. “Balaca qəhrəmanlarım” kitabında uşaqlar üçün şeirlər, nağıllar, hekayələr və tapmacalar yer alıb. Kitabın redaktoru yazıçı, AYB-nin üzvü Arzu Heydərova, ön söz müəllifi isə AMEA-nın Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadədir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10