Bu dəfə sayt bağlananda qəmlənib indi sevinənlər həmin vaxt sevinib indi qəmlənənlərə təsəlli verə bilərlər.
Öncə sayta görə narahatçılıq keçirənlərə çox minnətdaram. Saytın qısa müddətli bağlanışıbəzi qaranlıqlara da aydın gətirdi. Ölkənin bir çox dəyərli yazarları.. Elbəy Həsənli, Ələsgər Məmmədli, Kəramət Böyükçöl, Aydın Canıyev, Pərvanə əliyeva, Esmira İsmayılova, Fərman Nəbiyev, Etibar Cəbrayıloğlu və onlarla digəri dəstək oldu
Amma təəssüf ki, bölgədiəki Əməkdar jurnalistlərin “Tərəqqi” medallıların çınqırı da çıxmadı
eləcə də 1-2 nəfəri çıxmaqla Masallı jurnalistləri yenə də susdu. Hələ Masallılı xeyriyyəçilər... (2 günlük həbsimdə olduğu kimi).
Yəqin elə zənn ediblər “Şaka qayıtmayacaq”, meydan onlara qalacaq.
Nə isə. Allah bunları belə yaradıb da, mərdlik, kişilik barədə statuslar yazmaq, pəhləvanlardan dastan yazmaq hələ pəhləvan cəsarətli olmaq deyil. “Mənəm şah”, “Mənəm qanun” deyən oğlanlar. Nə oldu?
...Nə isə. Allah onları da Allah belə yaradıb. O qədər adı Qəhrəman, Cəsarət olsa da, özü aciz olan, adı “alim” olsa da, zır savadsız olan, insanlar var.
Lakin dünya yaxşılardan xali deyilmiş. Heç gözləmədiyimiz məqamda, sayt bağlanan günün səhəri mənə zəng gəldi:
Əvvəl çaşdım:- Əlbətdə
mənimdir. Saytın təsisçisi də mənəm, redaktoru da mən-dedim.
Telefondakı şəxs: - Onu demirəm. O sayt Masallının tarixidir, elektron ensiklopediyasıdır. 100-dən artıq qəsəbə və kənd , bölgənin dəyərli insanları haqqında onlarla, yüzlərlə məlumatlar, yazılar bəs nə olacaq? 2-3 günə dostlarla danışıb, məsələni həll edərik. Dedi də, etdi də. Bəlli oldu ki, onun belə addımları az olmayıb. Təkidli xahişini nəzərə alıb, adına yazmıram. Amma çox maraqlanan olsa, fərdi şəkildə deyə bilərəm.
Düzü, sayta dəstək olmasından başqa, yanaşması məni çox təsirləndirdi, doğrudan da mədəniyyətimiz, tariximiz üçün hələ də ürəkdən yananlar var imiş.
Şair demişkən, nə yaxşı dünyada yaxşı var imiş, yoxsa qərq olardıq yaman içində
Nə isə. Yola davam. Bu bağlanış və bu açılış üzərimizə daha böyük məsuliyyət qoydu – daha dolğun, daha dəqiq, daha cəsarətli... yazılarla görüşünüzə gələcəyik.
Cenub.az. Zahir Əmənov