Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“ Mənə qarşı ən ciddi rəqib, ən barışmaz “düşmən” elə özüməm”



Masallının “Restoranlar kralı”  hansı sirləri açdı?



Müəllifdən:  Jurnalistika sahəsində ən çox sevdiyim janr müsahibədir.  Bu vaxta qədər 50-dən artıq tanınmışla müsahibə  almışam. Onların sırasında akademik də olub, ABŞ-ın Fövqəladə səfirləri də, rayon rəhbərləri də,  polis rəisləri də, iqtidar, müxalifət təmsilçilər də, sahibkarlar da, aktyorlar da, digər peşə sahibləri də. Ən çox yadımda qalan isə bir narkotik aludəçisiilə, bir də eşitmə qabiliyyəti əngəlli olan şəxslərdən aldığım müsahibələrdir. Bu dəfəki müsahibim isə tam fərqli bir insandır.  Masallıda Restoranlar şəbəkəsinin sahibi, bu sahədə  liderlik edən, hazırda "ByNovruz" şəbəkəsi adı ilə "Viləş Palace" , "Lido restoran" və "Nağıllar dünyası"-nin - rəhbəri Novruz Seyfullayev.
1985-ci ildə Masallı rayonunun Masallı şəhərində anadan olub, Ali təhsillidir. “Neft və Qaz yataqlarının işlədilməsi” ixtisası üzrə ali təhsil alıb. Hərbi xidmətdən sonra Moskvada və Azərbaycanda restoran biznesi üzrə çalışıb. Hazırda By Novruz şəbəkəsi " ilə çalışır.


Müxbir: Adətən müəllim oğlu müəllim, həkim oğlu həkim, usta oğlu usta olur. Siz Ali mühəndislik təhsiliniz ola-ola,  niyə restoran-otel biznesini seçdiniz?

Cavab: - Ali təhsilimi və hərbi xidmətimi başa vuranda sonra, 23 yaşımda, Rusiyanın paytaxtı Moskva şəhərinə getdim. Qohumlarım orada restoran işlədirdi. Öncə Moskvada, Kalujeskaya  zastava” restoranında 

 administrator, daha sonra  yenə həmin şəhərdəBakinsky  Bulvar” restoranında  3 ilə yaxın müddətdə baş administrator vəzifəsində işlədim.
Ümumilikdə 6 illik Moskva həyatından sonra rayona qayıtdım, ailə qurdum  və doğma Masallıda otel-restoran fəaliyyətimi davam etdirdim. Bir müddət Dəştvənddə, sonra Masallı Otelda çalışdım. Hazırda isə "Vileşhotel" , "Nağıllar dünyası" Ailəvi İstirahət Mərkəzlərinə  "Lidorestoranına rəhbərlik edirəm.

Müxbir:- Bu gün taleyi ilə barışan, bəzən də özünü “sönmüş” hesab edən şəxslərin çoxaldığı bir  zamanda sizdə bu nikbinlik, həyat eşqi, eləcə də bir çox məqamlarda fərqli düşüncələr haradandır?

Cavab:- Cəmiyyət o qədər sürətlə inkişaf edir, yeniləşir ki, yerində dayanmaq özünü yandırmaq deməkdir. Tanrı bizə çox gözəl və təkrarsız gözəlliyi olan bir məkanda -Masallıda doğulmaq və yaşamaq qismət edib. Özünə inam, həyat eşqi güclü olanşəxs öz işini ürəkdən sevirsə və işinə yaradıcı yanaşırsa, daim uğura imza  atacaq.
Rayonumuzda 30-dan artıq istirahət yeri var.  Bu bir xəzinədir. Ağıllı başla, yeniləşməklə, fərqli düşüncə ilə bu xəzindən maksimum faydalanmaq olar.

Müxbir:- Bəs nədən Masallıdakı İstirahət mərkəzlərinin bir çoxu nəinki qış ayları, heç ilboyu da işləmir.

Cavab:- Əsas səbəb bu mərkəzləri işlədənlərin bir çoxu o mülkün əsil sahibi deyil, icarədar kimimüqavilə ilə işləyirlər. Ən başlıca səbəb isə həmin mərkəzlərə sahib olanların bir çoxu bu sahənin peşəkarı deyil, sadəcə imkanı var, obyekti çəpərləyib, bir “dilək” kimi, qoyub bir kənara. Bu sahənin xiridarı da deyil ki, işi iş bilənə tapşıra.

İlkin sual-cavabdan sonra söhbət qarşılıqlı fikir mübadiləsinə keçdi.  Kafe və restoranın fərqindən tutmuş,  din, fərqli düşüncə, mütaliə, müasirliklə ayaqlaşma, ailəvi istirahət məkanlarının hədəfləri və digər məqamlar barədə fikir mübadiləsinə qədər çox mətləblərə toxunduq.
Novruz müəllim xüsusi ilə vurğuladı ki, istirahət yerlərinin sayı ilbəil çoxalsa da, bu sahədə kifayət qədər mütəxəssis yetişməyib, formalaşmayıb. Əksəriyyət ənənəvi formalardan kənara çıxa bilmir. Sadə bir misal deyim. Kafe ilə restoranın  əsas fərqi nədir?
Kafe, əsasən hazır yeməklərdən ibarət olan bir yeməkxanadır. Restoran xidməti isə daha geniş profilli bir məkandır. Belə ki, restorana gələnlər təkcə yeməklə kifayətlənmir, hərtərəfli xidmət  - konsert, şou proqramlar, əyləncə mərkəzləri, hovuz, mini zooparklar və sair arzulayır.
Ən başlıcası mətbəxin hansı səviyyədə olmasıdır. Biz təkcə onunla kifayətlənmirikki,  bölgədə hamıya bəlli olan (ləvəngi,təndir, kabab, qazan yeməkləri və sair)yeməkləirlə işimizi bitirək. Həm də çalışırıq ki, Avropa və Türk  mətbəxiniRestoranlarımızda layinicə təqdim edək. Ümumiyyətlə, restoran təkcə yeməkdən və içkilərdən ibarət deyil. Burada bir çox amillər bir birini tamamlalıdır. Ən şərt aparıcı restoratır, güclü kollektivin birləşməsindən yaranan gülərüz və ciddi intizama malik personalın olması olmasına nail olmaqdır.
Bəlli olduğu kimi rayonumuzda, eləcə də bölgəmizdə keçirilən ən mötəbər tədbirlər, açılışlar, təqdimatlar, nüfuzlu şəxslərlə görüşlərin təşkilatçıları  ünvan kimi bizim restorana üz tutur. Çalışırıq ki, onların restoranın ərazisinə ayaq basmasından buradan çıxana qədər hər şeyi elitar səviyyədə təşkil edək. Necə deyərlər, kiminsə irad tuta biləcəyi cızıq da olmasın.

Bu günün əsas hədəfi-Ailəvi istirahət

Bu gün restoran-otel xidmətində Ailəvi İstirahət əsas yer tutur. Ailəvi istirahət üçün isə öncə layiqli məkanın olması vacibdir.
Biz nəinki bölgəmizdəki restoran-otellərin təcrübəsini öyrənirik, eləcə də xarici təcrübədən də çox faydalanırıq ki, istər şərq, istər qərb ölkələrindən gələn qonaqlara layiqli xidmət edək.
- 16 ildir ki,  restoran-otel şəbəkəsi ilə işləyirəm.  Kifayət qədər təcrübəmiz olsa da, daim axtarışdayıq. Əsas problem  ixtisaslı kadrların olmamasıdır. Bölgəmizdə 100-ə yaxın istirahət mərkəzi, o cümlədən yeməkxana-kafelər olsa da, bu ərazidəki ali, yaxud orta ixtisas məktəblərində bu sahə üçün kadr hazırlayan heç bir təhsil ocağı yoxdur, hətta peşə məktəbi azlıq təşkil edir. Məcburuq ki, yeni götürdüyümüz hər bir yeni işçiyə özümüz təlim keçək.
Müxbir:-Kimi özünüzə rəqib seçirsiniz.




Cavab:- Çox gözəl sualdır. Rəqibsiz və rəqabətsiz örtamda işləmək, mənim aləminmdə geriyə addımlamaqdırİnkişaf etmək üçün mütləq güclü rəqabətə hazırolmalıdır.


  Daim axtarışdayam, hər işdə yenilik, fərqli münasibət marağındayam. 10 ay ərzində By Novruz brend adı altında 2 istirahət   mərkəzi, 1 restoran yaratmağa nail olmuşuq. Yuxarıda qeyd etdiyim kimi hazırda Viləşhotel"“Nağıl dünyası” Olıimpiya Komleksinin arxasındakı "LidoAiləvi İstirahət mərkəzlərində ciddi 

Sirr deyil ki, rayonumuzdakı istirahət mərkəzlərinin çoxu mövcud resurslardan tam faydalana, yenilikləri tam tətbiq edə bilmir. Qonşu ölkərdə, xüsusən Rusiya və Türkiyədə Restoran-Otel xidməti ilə
Məşğul olanlar əməkdaşlarına   bizimlə müqayisədə  1-2  dəfə artıq əmək haqqı verirlər.
Onu da xatırladım ki, bizim şəbəkədəki istirahət mərkəzlərindı təşkil olunun Şoularda ölkənin ən tanınmış müğənniləri, şou ustaları iştirak edir. Burada hər gün musiqi saatları olsa da, istirahət və bayram günləri tədbirləri daha möhtəşəm təşkil olunur.
Siz şəbəkənin İnstiqramFacebook, Tik-tok səhifələrində görüntülərdən buna şahid ola bilərsiniz.
Əlbəttə, gələcəkdə daha güclü tədbirlərin və uenliklərin hədəfindəyik. Bu isə çoxlu vəsait tələb edir.
Hazırda Qarabağda möhtəşəm quruculuq işləri gedir. Həm də yaxın vaxtlarda həmin ərazidə güclü istirahət mərkəzləri də yaradılacaq. Biz işimizdə bu amilləri də nəzərə alırıq ki, rəqabətdə kiməsə uduzmayaq.
Çalışırıq ki, təkcə yayda yox, bütün mövsümlərdə normalı səviyyədə işləyək.

Müxbir: -Siz nələri edirsiniz, onu başqaları etmir?


Cavab:-Bunun əslində elə bir sirri yoxdur.Sadəcə o işlər ki, bizim üçün adi bir normadır, başqaları üçün bir riskdir.
Mən isə risk etməyi xoşlayıram və bu da bir çox hallarda özünü doğruldur və bizə uğur gətirir.
Eqodan, özünə vurğunluqda uzaq olsam da, özümə çox inamlıyam. Hansı işi hədəfləyirəmsə, orada qazanacağım uğura şübhəm yoxdur.

Sonda Novruz müəllim dedi ki, bu yazını nə qədər ətraflı yazsanız da, izləyiciniz özü buranı görmədən, onun üçün tam aydın olmayacaq. Ona görə bir verişdə deyildiyi kimi, Geyinin, Keçinin, özünüzü mənalı və unudulmaz bir istirahətə gökləyib, məkanımıza gəlin, yəqin ki, peşimanolmazsınız.

Hazırladı: Turan Əlisoy







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10