Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 İLDƏN SONRA ŞUŞA İLƏ 2-Cİ GÖRÜŞ



İlk görüş işğaldan 3 ay öncə, 2- ci görüş isə qurtuluşdan 3 il sonra

Şuşanın işğalı günü mənim üçün ikiqat nisgildir. Həmin il, həmin ay, həmin gün mənim üçün hər şeydən əziz anamı itirmişdim. Onun dəfnindən qayıdan zaman dostlardan biri  doluxsunaraq bildirdi ki, bu gün Şuşanı da itirdik.

Məhz həmin il, 1992-ci ilin fevral ayında Şuşaya yardım aparmışdım. Bir axşam da Şuşada gecələmişdim.

Şuşaya ilk səfərim zamanı ruhumda XanŞuşinskinin məşhur mahnısının misraları idi “Şuşada axşamlar yanır ildızlar...” Bu da əbəs deyildi. Çünki axşamlar Xankəndindən Şuşaya qradlar atıldığı  üçün  şəhərdə ısıqlarsöndürülürdü (çünkü işıq gələn yerləri vururdular). 31  ildən sonra isə Şuşada yenə də işıqlar yanırdı. Düzdü, Şuşanın əvvəlki təmtərağı olmasa da,  Şuşa bizim idi. Şuşa həmişə Şuşadır, Şuşa tarixdir, Şuşa ürəkdə, Şuşa mədəniyyət mərkəzidir, Şuşa gözəllik məskənidir, Şuşanın təkcə təmiz havası yox, təmiz, pak ruhu da bir həyatdır. Qısası, gözəllik adına nə varsa Şuşaya yaraşır.

3 ildir Şuşa yenə də bizimdir. Yüzlərlə şəhid verdik, dünyanı heyrətləndirən bir qəhrəmanlıq tarixi yazdıq. Bu müddətdə minlər insan Şuşaya səfər etdi. Bir-birindən kövrək xatirələr, yenidən yazılan möhtəşəm tarix,..

Nəhayət, bu günlərdə 100-dən artıq əyalət jurnalistinin Şuşaya səfəri təşkil olundu. Səhər 6-da yola düşdük, axsan 12-də qayıtdıq. Təxminən bir gündə 1000 kilometr yol qət etdik. Ancaq Şuşa məhəbbəti, Şuşa füsunkarlığı... bütün yorğunluğu ovutdururdu.  Gövhər Ağa məscidi, Cıdır düzü, Topxana meşəsinin viran olunmuş ərazisi, Vaqifin Məqbərəsi, Natəvanın bulağı (Viran olmuş mülkü), Şuşa Qalası, İsa bulağı... başqa tarixi məkanlara  səfərlər   bir başqa dünya idi. Səfər yoldaşlarımız bu barədə kifayət qədər foto və təəssüratlar paylaşığından nələrisə təkrarlamaq istəmirəm.

Bəzi məqamları isə xüsusi ilə vurğulamaq istəyirəm.

Heç vaxt 100-dən artıq əyalət jurnalisti bu şəkildə bir araya gəlməmişdi. Sanki Jurnalist qurumları əyalət jurnalistlərin unutmuşdu, yaxud da onlara “2-ci sort” məhsulu kimi baxırdı. Səfər iştirakçılarının statuslarındanda bəlli oldu ki, tədbirin yüksək səviyyədə keçməsi üçün Gəncədən, Quba-Xaşmazdan, Lənkərandan gələn əyalət jurnalistlərin hər cür rahatlığı üçün mümkün olanlar layiqincə nəzərə almışdı.

Buna görə səfərin təşkilatçıları- MEDİA-ya bacardığını etmişdi. Bu qurum səfər üçün ayırdığı nümayəndə - dəyərli jurnalist Natiq Məmmədli demək olar ki, hamıya diqqət ayırmağa vaxt tapırdı.

Bizi Şuşa haqqında məlumatlandıran bələdçi xanımın da olduqca böyük sevgi ilə, yanğı ilə dedikləri da dəyərləndirməliyik.


Deyərdim ki, ən yadda qalan Xaçmazdan Masallıya, Zaqataladan, Gəncəyə kimi... köhnə dostların bir araya gəlməsi, xatirələri təzələnməsi çox unudulmaz idi.

İnanırıq ki, bu qəbil tədbirlər sonuncu olmayacaq. arzudan isə arzu doğur. Növbəti arzumuz abadlaşan Ağdam-Xocalı -Şuşa yolu bu məkana getməkdir.

Təşkilatçılara isə bir daha təşəkkürlər.

Cenub.az. ZahiƏmənov








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10