Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ona görə 13 kişi intihar etdi, 145 kişi aşiq oldu - Tarixin ən qəribə gözəli



Yoxsul bir çobanın qızı olaraq dünyaya gəlib, ömrünü Qacarlar sarayında başa vuran Anis Əl Dolehin hekayəsidir bu hekayə. Tarixin ən gözəl qadını kimi yadda qalıb, qeyri-adi görüntüsü ilə insanları heyrətləndirən qadının. Niyə qeyri-adi? 

Lent.az bax bu barədə məlumat verir.

Gözəllik anlayışı dünyada hər xalq və hər dövr üçün fərqli olub. Xüsusən, Qərb və Şərqin gözəllik anlayışı çox fərqlidir. 19-cu əsrdə İran qadınlarının gözəllik standartı isə kök və bığlı qadınlar idi. Bəli, yanılmadınız, iranlı qadınlar gözəl görünmək üçün özlərinə qələmlə incə bığ çəkirdilər. Bığlı qadınlar kişiləri valeh edirdi.


Bığlı gözəllərin başında isə Anis Əl Doleh dayanırdı. Əfsanələrə görə, kişilər onun dərdindən ölürdü. Hətta saraya gətirilənə qədər ona 145 kişi aşiq olmuş, 13 kişi də onun dərdindən intihar etmişdi.
Anis Tehran yaxınlığındakı Əmmamə kəndində doğulmuş, gənc yaşlarında şah sarayına xidmətə gətirilmişdi. Sarayda gözəlliyi ilə diqqət çəkən Anis Nəsrəddin şah Qacarın diqqətindən qaçmır və şah onu öz cariyəsi elan edir. (Digər cariyələr başqa şahzadələrə verilir və ya başqa ölkələrin hökmdarlarına hədiyyə edilirdi.. Şahın gözdəsi isə toxunulmaz sayılırdı).

Nəsrəddin şah 1848-ci ildə taxta çıxıb düz 47 il hakimiyyətdə qaldı. Onun 100-dən çox xanımı var idi və bunlardan 84-ü ilə evliydi. İslahatçı şah kimi tarixdə qalmış Nəsrəddin şahın dövründə qadınlar üzü açıq şəkillər çəkdirə və qısa ətəklərdə gəzə bilirdilər.

Anis şahın 84-cü xanımı idi. Şahın sarayında xüsusi fotoqraf var idi və o tez-tez  xanədan üzvlərinin şəkillərini çəkirdi. Tarixdə qalmış çoxlu sayda çirkin saray qadını şəkillərinin hamısı Anisə aid edilsə də, əslində fotolarda ayrı-ayrı qadınlar təsvir edilib.

13 kişini intihara sürüklədən Anis bığlı, qalın qaşlı qadın idi. Hərəmdə 1911-ci ildə çəkilmiş bığlı qadın rəsmlərinə baxan bir çox ekspertlər fotodakıların qadın deyil, mütrüblər-kişi aktyorlar olduqlarını desələr də, həqiqət bu idi ki, sarayda tüklü qadınlar da var idi. Bu özəllik onlara gözəllik qatırdı deyə, bir düşüncə də hökm edirdi.

Anisə aşiq olan kişilərin sayı barədə dəqiq mənbə yoxdur. Dəqiq olan bir məlumat odur ki, Anisin dövründə qadınlar özlərini ona bənzətmək üçün qaşlarının ortasını qaralayıb təkqaş olur, özlərinə zərif bığlar çəkirdilər.

13 kişinin onun dərdindən intihar etməsi, 145 nəfərin aşiq olması barədə əfsanələr isə ola bilər gombul, tüklü Anisin özü və xidmətçiləri tərəfindən uydurulmuşdu.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10